Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ülvi Mehdiyev: Bizə qalan Ali Baş Komandana sədaqətlə xidmət etməkdir

26 Avqust 2019, 19:53 (GMT +4)

Gədəbəy, 26 avqust, SalamNews, K.Orxan. Bu gün Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsininin açılış mərasimi təşkil olunub.

SalamNews-un əməkdaşının iştirak etdiyi düşərgədə məlumat verilib ki, layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılış mərasimindən öncə iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Əməkdar incəsənər xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Cavad Xan" Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Muzadil Həsənov və digər qonaqlar iştirak ediblər.

Jurnalistlərə müsahibə verən agentlik sədri Ü.Mehdiyev qeyd edib ki, III "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi bu günə qədər keçirilən ən yüksək tədbirlərdən biridir. "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərliyin artırılmasıdır:

""Hərbiyyə" hər dəfə daha çox gəncimizi əhatə edir. "Hərbiyyə" bugünkü şəraitdə Azərbaycan gəncinin ən vacib və faydalı tədbirlərindən biridir. Hər birimiz Azərbaycan əsgəriyik. Bu gün əsgərimizin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Bizə qalan dövlətə, dövlətçiliyə və Ali Baş Komandana sədaqətlə xidmət etməkdir. Gələcəkdə bu düşərgədə iştirak edən gənclərin sayı daha da artırılacaq".

Məlumat üçün bildirək ki, iştirakçılar Ümummilli lider Heydər Əliyev abidəsi önünə gül dəstələri də qoyublar. Qonaqlar çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar. Həmçinin diqqətə çatdırılıb ki, ASAN Könüllüləri tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.

Qeyd edək ki, 26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

“Hərbiyyə - 101” düşərgəsi davam edir

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar (FOTOLAR)

“Hərbiyyə-101” düşərgəsinə start verilib (FOTOLAR)

"Hərbiyyə" vətənpərvərlik düşərgəsini daha sistemli şəkildə təşkil edəcəyik - Ülvi Mehdiyev

“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

Hərbiyyə düşərgəsi başa çatıb (FOTOLAR)

“Hərbiyyə - 2019” layihəsi çərçivəsində yüzdən çox gənc Gədəbəydəki hərbi hissədə olub (FOTO)

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin müddəti uzadılıb (FOTOLAR)

Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

02 İyul 2020, 13:08 (GMT +4)
Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib (FOTOLAR)

02 İyul 2020, 12:50 (GMT +4)
Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 6 760 nəfər təşkil edib

02 İyul 2020, 12:42 (GMT +4)
Bakıda mənzildə qadın meyiti tapılıb

02 İyul 2020, 12:42 (GMT +4)
İran Venesueladan sonra Livana da yanacaq tankerləri göndərir

02 İyul 2020, 12:25 (GMT +4)
ABŞ-da Talibanla "anlaşmaya" görə Putinə qarşı sanksiyaların tətbiqi təklif edilib

02 İyul 2020, 12:11 (GMT +4)
Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

02 İyul 2020, 11:56 (GMT +4)
Azərbaycanda zəlzələ baş verib

02 İyul 2020, 11:53 (GMT +4)
Brent markalı neftin qiyməti artıb

02 İyul 2020, 11:46 (GMT +4)
ABŞ hökuməti Sietl şəhərində etirazçıların nəzarətindəki bölgəni bir aydan sonra «azad etdiyini» bildirib (VİDEO)

02 İyul 2020, 11:30 (GMT +4)
Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlənib

02 İyul 2020, 11:17 (GMT +4)
ABŞ-dakı atışmada 4 nəfər xəsarət alıb

02 İyul 2020, 11:16 (GMT +4)
Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

02 İyul 2020, 11:13 (GMT +4)
İranın Nətənz nüvə obyekti ərazisində yanğın baş verib

02 İyul 2020, 11:00 (GMT +4)
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

02 İyul 2020, 10:54 (GMT +4)
Meksikada reabilitasiya mərkəzində baş verən atışmada 20-dən çox insan ölüb

02 İyul 2020, 10:36 (GMT +4)
Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

02 İyul 2020, 10:29 (GMT +4)
ABŞ Suriyanın şimal-şərqində hərbi hava limanı inşa edib

02 İyul 2020, 10:23 (GMT +4)
Bakı məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstəriblər

02 İyul 2020, 10:16 (GMT +4)
Çin səfiri Honkonq qanunu ilə bağlı İngiltərə XİN-ə çağırılıb

02 İyul 2020, 10:16 (GMT +4)
“ABAD” antiseptik vasitələri vətəndaşlara ödənişsiz təqdim olunub

02 İyul 2020, 10:14 (GMT +4)
“Günay Sığorta” polisləri təbrik edib (FOTOLAR)

02 İyul 2020, 10:06 (GMT +4)
"Qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni kampaniya başlayır

02 İyul 2020, 09:53 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 53 dəfə pozub

02 İyul 2020, 09:48 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var (FOTO)

02 İyul 2020, 09:47 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,5 milyonu keçib

02 İyul 2020, 09:31 (GMT +4)
Birinci vitse-prezident bütün polis əməkdaşlarını təbrik edib

02 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan və Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə edib

02 İyul 2020, 09:17 (GMT +4)
Üç Avropa dövləti ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması tələbini dəstəkləyiblər

02 İyul 2020, 09:10 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

02 İyul 2020, 08:45 (GMT +4)
Azərbaycanda bu gün Polis Günü qeyd olunur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66