Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

23 Avqust 2019, 09:00 (GMT +4)

Bakı, 23 avqust, SalamNews. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal edilməsindən 26 il ötür.

SalamNews xəbər verir ki, ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

Füzuli və Cəbrayılın işğalı ilə bağlı virtual təbliğat aksiyasına başlanılıb

Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Cəbrayıl polisi 11 qəsəbəyə və Cocuq Mərcanlıya sovqat aparıb

MSK sabah Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi məsələsinə baxacaq

Rafael Cəbrayılov: Mənim haqqımda yazılanlar absurd fikirlərdir

Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar (FOTOLAR)

Cəbrayıl rayonunda məcburi köçkünlərin su təchizatını yaxşılaşdırılır

“Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” filmləri çəkilib

Cəbrayıl haqqında ingilis dilində film istehsal edilib

Moskvada Cəbrayıl və Füzuli rayonlarının işğalının ildönümü qeyd edilib

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

Cəbrayıl və Şəki sakinlərindən silah-sursat götürülüb

Yasamalda Cəbrayıl rayon sakini bıçaqlanıb

Bakıda suyun fasilələrlə verilməsi problemi texniki imkanlar çərçivəsində həll olunacaq - Anar Cəbrayıllı

Prezident İlham Əliyev "Cəbrayıl" və "Qubadlı" gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Cəbrayılın Cocuq Mərcanlı kəndində 1 362 qəlpə aşkar edilib

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

28 Sentyabr 2020, 15:10 (GMT +4)
Metronun fəaliyyətinə dair rəsmi açıqlama verilib

28 Sentyabr 2020, 15:05 (GMT +4)
İran işğal edilmiş Qarabağdan ölkə ərazisinə bir raket və bir mərminin düşdüyünü bildirib

28 Sentyabr 2020, 15:00 (GMT +4)
Deputat: Düşmənin hərbi əməliyyatı planlaşdırılmış təxribatdır 

28 Sentyabr 2020, 14:54 (GMT +4)
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

28 Sentyabr 2020, 14:50 (GMT +4)
Kaşıkçı cinayət işi ilə bağlı məhkəməyə ikinci dosye göndərilib

28 Sentyabr 2020, 14:30 (GMT +4)
MN: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

28 Sentyabr 2020, 14:23 (GMT +4)
Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2020, 14:12 (GMT +4)
Merkel gizli şəkildə Navalnını ziyarət edib

28 Sentyabr 2020, 14:01 (GMT +4)
Ümrə ziyarətində yeni qaydalara əsasən Kəbə evinə toxunmağa icazə verilməyəcək

28 Sentyabr 2020, 13:54 (GMT +4)
Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66