Putin və Makron Rusiya və Fransanı narahat edən təhlükəsizlik məsələlərini müzakirə ediblər20 Avqust 2019, 09:20 (GMT +4) Bakı, 20 avqust, SalamNews. Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putini yay iqamətgahında qəbul edib. Rusiyalı həmkarını salamlayan Fransa lideri Putinlə danışıqlarının yaxın həftələrdə Ukrayna böhranının həlli üçün zirvə görüşünün keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
SalamNews-un EAdaily.com-a istinadla verdiyi xəbərə görə, həmsöhbətlər “Norman formatında” danışıqların davam etdirilməsinin vacibliyini də vurğulayıblar. Eyni zamanda, Putin Ukrayna problemi ilə bağlı yeni bir sammit keçirməyə hazır olmadığını söyləyib.
|