Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 17:00 (GMT +4)

Bakı, 19 avqust, SalamNews.Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb.

SalamNews-a daxil olan məlumatda deyilir:

Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir.

Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılmışdır. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olmuşdur. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir.

Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərininadına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamışdır.

Bu səbəbdən,real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətini həyata keçirilməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməmişdir. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzininvəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirmiş, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin başvermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindəcinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Livanda Whatsapp-a tətbiq edilən vergilər kütləvi etiraz aksiyalarına səbəb olub

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər naziri: Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

27 Yanvar 2020, 16:08 (GMT +4)
Azərbaycana bəzi bölgələrdən diri quş və quş məhsullarının idxalına qadağa qoyulub

27 Yanvar 2020, 15:50 (GMT +4)
Yəməndə hərbi əməliyyatların yeni mərhələsi başlayır

27 Yanvar 2020, 15:41 (GMT +4)
“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir

27 Yanvar 2020, 15:37 (GMT +4)
AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27 Yanvar 2020, 15:32 (GMT +4)
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb

27 Yanvar 2020, 15:24 (GMT +4)
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

27 Yanvar 2020, 15:02 (GMT +4)
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər (FOTO)

27 Yanvar 2020, 14:52 (GMT +4)
Suriyada terror aktı törədilib

27 Yanvar 2020, 14:41 (GMT +4)
AZAL Bakıdan Pekinə aviareysləri müvəqqəti dayandırır

27 Yanvar 2020, 14:36 (GMT +4)
Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

27 Yanvar 2020, 14:14 (GMT +4)
İnquşetiya başçısı bölgə rəhbərliyini istefaya göndərib

27 Yanvar 2020, 14:00 (GMT +4)
Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb

27 Yanvar 2020, 13:45 (GMT +4)
Məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar hökumətə təqdim edilib

27 Yanvar 2020, 13:26 (GMT +4)
Solomon adalarında 6.3 bal gücündə zəlzələ baş verib

27 Yanvar 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Yanvar 2020, 13:07 (GMT +4)
STEAM layihəsi paytaxt məktəblərində tətbiq olunur

27 Yanvar 2020, 12:58 (GMT +4)
İran və Oman gəmiçilik və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırır

27 Yanvar 2020, 12:40 (GMT +4)
Xəzərdə uzunluğu 51 km olan 27 küçə və yol asfaltlanıb

27 Yanvar 2020, 12:28 (GMT +4)
Boliviya müvəqqəti prezidenti hökuməti istefaya göndərib

27 Yanvar 2020, 12:20 (GMT +4)
Nazir: Çində koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

27 Yanvar 2020, 12:13 (GMT +4)
Marionet Teatrında “Arşın mal alan” operettası təqdim olunub

27 Yanvar 2020, 12:01 (GMT +4)
Los Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib

27 Yanvar 2020, 11:50 (GMT +4)
Bağdaddakı ABŞ səfirliyi raket hücumuna məruz qalıb

27 Yanvar 2020, 11:37 (GMT +4)
Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66