Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Gənc güləşçilərimiz dünya çempionatında iki medal qazanıb

19 Avqust 2019, 11:04 (GMT +4)

Bakı, 19 avqust, SalamNews.Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

SalamNews-un məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Əsgər Əlizadə mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Adəm Hacızadə debütdə Səudiyyə Ərəbistanı təmsilçisini çətinlik çəkmədən ilk hissədə tam üstünlüklə məğlub edib. Ancaq daha sonra Finlandiya idmançısıyla bacarmayıb.

Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib.

Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Xəyal Mehtiyev debütdə ukraynalı rəqibinə uduzub.

60 kq

1/8 final - Əsgər Əlizadə - Qunvoo Park (KOR) 9:0

1/4 final - Əsgər Əlizadə - Kərəm Kamal (TUR) 6:14

Təsəlliverici görüş - Əsgər Əlizadə - Murtada Nana (ALG) 8:0

Bürünc medal görüşü - Əsgər Əlizadə - Talastan Xanjarbek Ulu (KGZ) 11:2

67 kq

1/16 final - Adəm Hacızadə - Əhməd Fevzi Barahman (KSA) 9:0

1/8 final - Adəm Hacızadə - Elmer Xoakim Mattila (FİN) 4:8

72 kq

Təsnifat - Ülvi Qənizadə - Samvel Qriqoryan (ARM) 5:2

1/8 final - Ülvi Qənizadə - Gergeli Bak (HUN) 9:0

1/4 final - Ülvi Qənizadə - Məhəmmədrza Mahmud Rüstəmi (İRİ) 2:1

1/2 final - Ülvi Qənizadə - İsmayıl Gün (TUR) 4:1

FİNAL - Ülvi Qənizadə - Sergey Stepanov (RUS) 1:3

97 kq

Təsnifat - Xəyal Mehtiyev - Aleksandr Yevdokimov (UKR) 3:6


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın Şika şəhəri Milli Olimpiya Komitəsi və AGF ilə əməkdaşlıq edəcək

AGF yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışlarını keçirir

AGF son 9 ildə idmançılarımızın əldə etdiyi nailiyyətləri açıqlayıb

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini AGF-nun tədbirində iştirak edib

AGF Kuboku oyunlarının ikinci günündə gənc yunan-romaçılar mübarizə aparırlar

Bakıda AGF Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək

AGF və BAOƏK arasında anlaşma memorandumu imzalanıb (FOTO)

AGF əməkdar məşqçi Ayət Rüstəmzadəni təltif edib

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66