Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib

16 Avqust 2019, 14:02 (GMT +4)

Bakı, 16 avqust, SalamNews. Hava proqnozunun verilməsi çətinləşib.

SalamNews xəbər verir ki,​ bunu jurnalıstlərə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

​ «İqlim və hava şəraiti daim insanı həyatı boyu müşayyət edərək, onun üçün mühüm olub.​ Biz hava şəraitindən tam asılı olan iptidai insanlardan danışmırıq. Hazırda bəşəriyyətin, elm və texnikanın sürətli inkişafına baxmayaraq, həyatımız hələ də müəyyən dərəcədə hava şəraitinin ​ və iqlim dəyişmələrinin təsirlərindən asılıdır.

Bu barədə çox və ətraflı danışmaq olar, lakın biz sinoptiklərin öhtəsinə düşən hava şəraitinin proqnozlaşdırılması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirik. Belə ki, özümün sinoptika sahəsində ​ təcrübəmə ( 1990-cı ildən 30 ilə yaxın) deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha ​ çətin olub.​Bəs niyə belə olub? Axı bütün dünyada, o cümlədən bizdə də ildən ilə texniki imkanlar yaxşılaşır, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm irəli gedir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub?

Əlbətdə ki, müxtəlif fikirlər, fərziyələr var, səmimi desəm, mən bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Əgər əvvəllər ilin ​ fəsilləri və onlara səciyyəvi ​ hava şəraiti daha aydın özünü biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa “sürüşür”, meteoroloji anomaliyalar daha gabarıq və daha tez-tez özünü göstərir.​ ​
Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan ​ A. Mədətzadə və Ə. Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən ​ əsas sinoptik ​ proseslər təhlil edilmişdir.​ Əgər 90-cı illərdə, öz iş təcrübəmdə, bu prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikası bu təsfirlərə uyğun baş verirdiyinin ​ şahidi olduğum halda, bu gün həmin klassik proseslərı getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz anı dəyişikliklər qeyd edirik ki, bunları həttda bir gün əvvəl ​ proqnozlaşdırmaq mümkün olmur, rəgəmli modellər bu prosesləri ​ “tutmur”.

Əlbəttə ki, əvvəllər də anomal istilər və soyuqlar olub. Bəs onda nə dəyişib?​ Bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar.

Bu məsələrin müzakirəsi heyli vaxt aparır, yagin ki, dövrü olaraq, Sizi maraqlandıran sualları cavablandırmağa çalışacağıq. Lakin bu gün mən hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlərə toxunmaq istəyirəm. Bu, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlara aiddir. Elə bu zaman bəzi nüanslar yaranır. Deye bilərsiniz ki- nə problem var? “Proqnozunuzu verin-vəssalam!” Hər kəs buna uyğun özü üçün nəticə çıxardar. ​ ​ Belə olmağına-belədir, amma... həm də belə deyil. Beynəlxalq təcrübədə qəbul olunmuş termin və formatlara uyğun xəbərdarlıqlar olunuq. ​
Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, ​ həm panika ​ yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutaraq, uzunmüddətli blokadaya hazıllaşmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyyatla yanaşmağa məcburuq.
Biz çox gözəl başa düşürük ki, bizim vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər, və s.) asılıdır .

Ekstremal hava şəraiti haqqında xəbərdarlıqlarımızı bütün müvafiq ​ struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq öz işlərini tənzimləyirlər.
​ Son zamanlar, Bakı şəhəri Meriyası ​ işimizə böyük dəstək göstərərək, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər bir çox dövlət qurumları ilə də qarşılıqlı sıx əlagələrimiz vardır.

Lakin, bununla yanaşı öz səhlənkarlığını və lageyidliklərinin məsuliyyətini sinoptiklərin ünvanına atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq.

Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur, bu da öz növbəsində işimizin keyfiyyətinin yüksəlməsinə yönəlir.

Bu ili sonunadək, dövlət investiaiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən verilən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq.

Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə ​ bizi tez-tez sınağa çəktiyi zaman.​ Yalnız sahələrarası düzgün əlagələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq​ mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yübileyini qeyd edəcək Neft Daşları stansiyasının​ avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər ​ idarə etməlidir. Bu mütəxəssilərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlıdır və inasanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

ETSN: Ekoloji rəy tələb olunan bütün tikinti layihələrinə ictimai dinləmələrdən sonra rəy veriləcək

ETSN nadir quş növlərini görmək istəyənləri milli parklara dəvət edib

ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

ETSN: Şikayət yerində araşdırılıb

ETSN güclü küləklə bağlı xəbərdarlıq edib

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

ETSN ağac əkən şəxslərə müraciət edib

ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN balıqçıları sivil balıq tutmağa səsləyən maraqlı təşəbbüslə çıxış edib (FOTOLAR)

ETSN: Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

ETSN ölkədə müşahidə olunan küləkli hava ilə bağlı məlumat yayıb

ETSN: Milli Parkların inkişafı üzrə Dövlət proqramı hazırlanacaq

ETSN-nin elan etdiyi müsabiqə başa çatıb

ETSN: Bakının iki ərazisi tullantılardan təmizlənib

ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66