Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nar” korporativ müştərilərə sərfəli qiymətlər təqdim etməkdə davam edir

14 Avqust 2019, 16:19 (GMT +4)

Bakı, 14 avqust, SalamNews. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran və sahibkarların tələblərini hər zaman nəzərə alan “Nar”, korporativ müştəriləri üçün sərfəli qiymətlərlə yeni təkliflərtəqdim etməkdə davam edir. Mobil operator yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet xidmətləri, tarif paketləri ilə sahibkarlara sərfəli əməkdaşlıq təklif edir.

Şirkətdən SalamNews-a verilən məlumata görə, “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləriəlverişli şərtlərlə yüksəksürətli internetə çıxış imkanı verən“Nar MiFi”və “Nar Wi-Fi” cihazları, eləcə də data nömrələr əldə edə bilərlər. Qeyd edək ki, “Nar MiFi”abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və internetiətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır. İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısı da abunəçilərə qısa müddətdə 4G şəbəkəsi ilə əhatə olunmağa imkan verir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

Hər bir müştərinin ehtiyacını nəzərə alan “Nar”, biznes sahiblərinə ən optimal tarif paketləri təklif edir. Korporativ müştərilər üçün internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir.

Qeyd edək ki, “Nar” yeni təkliflərini bölüşmək və əlaqələrinin gücləndirmək məqsədilə korporatov müştəriləri ilə növbəti görüşünü təşkil edib. Görüşdə mobil operatorun əməkdaşlıq etdiyi 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştəri iştirak edib. Yeni imkanlar barədə məlumat verildikdən sonra iştirakçılar birlikdə film izləyiblər. Filmdən sonra isə lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur

Xızıda narkotik becərən şəxs saxlanılıb

Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

DİN: "İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub

Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

“Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə etmək mümkündür

Milli Məclisin növbədənkənar iclası keçirilir

İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

Su ehtiyatlarından düzgün istifadə ilə bağlı məktəblilər üçün vebinarlar təşkil olunur

ASA Azərbaycan iqtisadiyyatına həsr olunmuş vebinar keçirəcək

Azərbaycana 24 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb

İranda böyük miqdarda narkotik maddə müsadirə edilib

Siyəzəndə narkotik satışı ilə məşğul olan iki dəstə ifşa edilib

İranda həftə ərzində 19 ton narkotik maddə müsadirə edilib

DİN: 15 kiloqrama yaxın narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb

15 Avqust 2020, 14:01 (GMT +4)
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

15 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenka Putinlə əlaqəyə keçmək niyyətində olduğunu açıqlayıb

15 Avqust 2020, 13:41 (GMT +4)
Sepah BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsini böyük xəyanət adlandırıb

15 Avqust 2020, 13:35 (GMT +4)
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

15 Avqust 2020, 13:20 (GMT +4)
Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

15 Avqust 2020, 13:06 (GMT +4)
Rusiyada son sutkda koronavirusdan 119 nəfər ölüb

15 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

15 Avqust 2020, 12:51 (GMT +4)
TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

15 Avqust 2020, 12:50 (GMT +4)
Həkim Cavid Paşayev koronavirusdan sağalıb

15 Avqust 2020, 12:33 (GMT +4)
Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

15 Avqust 2020, 12:30 (GMT +4)
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

15 Avqust 2020, 12:20 (GMT +4)
Faktiki hava: Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb

15 Avqust 2020, 12:15 (GMT +4)
Çavuşoğlu: BƏƏ və İsrail arasındakı razılaşmanın məqsədi "Sülh Planı"nı dəstəkləməkdir

15 Avqust 2020, 12:00 (GMT +4)
TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

15 Avqust 2020, 11:47 (GMT +4)
Operativ Qərargah son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqlayıb

15 Avqust 2020, 11:44 (GMT +4)
Hindistan koronavirusa qarşı üç peyvəndi sınaqdan keçirir

15 Avqust 2020, 11:42 (GMT +4)
ABŞ-ın Federal Təhqiqat Bürosu da Beyrut partlayışını araşdıracaq - KİV

15 Avqust 2020, 11:33 (GMT +4)
Hikmət Hacıyev: Tədrisin bərpası kompleks şəkildə araşdırılır

15 Avqust 2020, 11:22 (GMT +4)
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

15 Avqust 2020, 11:15 (GMT +4)
AB Belarus hökumətinə qarşı sanksiyaların tətbiqi üzərində işə başlayıb

15 Avqust 2020, 11:15 (GMT +4)
Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

15 Avqust 2020, 11:09 (GMT +4)
İran ABŞ qətnamə layihəsinin BMT TŞ-da rədd edilməsinə münasibət bildirib

15 Avqust 2020, 11:07 (GMT +4)
Azərbaycan çay idxalını artırıb

15 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

15 Avqust 2020, 10:45 (GMT +4)
Ərdoğan və Maduro əməkdaşlıq məsələlərini müzakirə edib

15 Avqust 2020, 10:39 (GMT +4)
Hizbullah lideri BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib (VİDEO)

15 Avqust 2020, 10:30 (GMT +4)
Azərbaycanda kafe və restoranların iş qrafiki açıqlanıb

15 Avqust 2020, 10:18 (GMT +4)
Avqustun 18-dən kafe və restoranların açıq hava şəraitində xidmət göstərməsinə icazə verilir

15 Avqust 2020, 10:12 (GMT +4)
Maykl Cordanın ayaqqabıları rekord qiymətə satılıb

15 Avqust 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66