Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“ASAN Yay Festivalı” davam edir

10 Avqust 2019, 16:15 (GMT +4)

Bakı, 10 avqust, SalamNews.“ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə növbəti “ASAN Yay Festivalı” keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, Mingəçevir “ASAN Həyat” kompleksində keçirilən festival həm yerli, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə müğənnilər Roza Zərgərli, Zenfira İbrahimova, Zeynəb Həsəni, Aydın Sani və DJ Bazaur çıxış ediblər. Həmçinin “ASAN Könüllüləri” tərəfindən rəqs nümunələri, ifalar təqdim olunub. Konsertdən hazırlanan xüsusi proqram yaxın günlərdə “ASAN Radio”da təqdim ediləcək.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66