Goranboyun iki kəndinə qaz verilib10 Avqust 2019, 10:14 (GMT +4) Bakı, 10 avqust, SalamNews.Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən SalamNews-a verilən məlumata görə, bu münasibətlə rayon rəhbərliyi və “Azəriqaz” nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.
Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.
|