Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Anar Məcidzadə: Birinci vitse prezidentin müsəlman aləminə verdiyi töhfə əsrlər boyu yaddaşlardan silinməyəcək

09 Avqust 2019, 17:40 (GMT +4)

Bakı, 9 avqust, SalamNews. Neçə əsrlərdir İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olan, Şərqlə-Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanışılan ölkə kimi tanınıbdır. Müstəqil respublikamızda hazırda 2000-dən artıq məscidin, İslam dininə aid onlarla ziyarətgahın fəaliyyət göstərməsi xalqımızın əsrlərboyu yaşatdığı dini dəyərlərə göstərdiyi ehtiramın nəticəsidir. Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğını da xüsusi ilə vurğulamaq lazımdır.

Bunu SalamNews-a Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Anar Məcidzadə deyib.

O bildirib ki, dövlət vəsaiti hesabına onlarla məscidin inşa edilməsi və ya əsaslı təmir olunması, ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının ayrılması dediklərimizin bariz nümunəsidir.

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı ölkə başçımızın və bütövlükdə xalqımızın İslam birliyinə olan xoş münasibətinin göstəricisidir. Bu Sərəncam dünyaya, xüsusilə İslam dünyasına Birlik çağırışıdır.

Şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da bu sahədəki xidmətləri də olduqca təqdirəlayiqdir. İslam aləmində görülən işlərə böyük dəstək verən Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Azərbaycana dost, qardaş olan Pakistanda göstərdiyi xeyriyyəçilik fəaliyyəti bütün dünyada, eləcə də müsəlman aləmində təqdir olunmaqdadır. 2005-ci ildə adıçəkilən daşqınlar zamanı Pakistanda zərərçəkmiş məktəblərdən biri Heydər Əliyev Fondunun dəstəyi ilə tam şəkildə yenidən qurulub, təmir və təchiz edilib. Eyni zamanda, hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulub.

Heydər Əliyev Fondu tərəfindən qanköçürmə məqsədi ilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınının və 2000 qan paketinin çatdırılması və digər humanitar layihələrdə fəal iştirak etməsi Mehriban Əliyevanın İslam dünyasına, müsəlman ölkələrinə verdiyi dəyərli tövhələrdəndir. Bununla yanaşı, “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fondun dəstəyi ilə respublikamızdakı məscidlərdə (o cümlədən kilsələrdə, sinaqoqlarda) təmir-bərpa işləri aparılıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci ilin sentyabrında Fransanın paytaxtında “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransın keçirilməsi Mehriban xanımın milli-mənəvi, dini dəyərlərimizə hörmətinin məntiqi nəticəsidir.

Həmin konfransda Mehriban Əliyevanın çıxışı zamanı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə və diqqətə layiqdir: “Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq”.

Beləliklə, dövlət başçımızın və onun ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevanın müsəlman aləminə, İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Anar Məcidzadə: İnsanların problemlərinə biganə qalmayaq

Anar Məcidzadə: Prezident İlham Əliyev hər zaman xalqın yanındadır

"Məşədi Dadaş" məscidi digər məscidlərə nümunə olmalıdır - Anar Məcidzadə

Prezident təqaüdçüsü Anar Məcidzadənin yeni kitabı nəşr olunub

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması yeni dövrün başlaması deməkdir - Anar Məcidzadə

Nə qədər ki, yer üzündə ermənilər mövcuddur, bəşəriyyət dinclik tapmayacaq - Anar Məcidzadə 

Anar Məcidzadə: Mehriban Əliyevanın müsəlman dünyasına verdiyi tövhələr təqdirəlayiqdir

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12