Co Bayden demokratlaırn seçkiqabağı yarışına liderlik edir07 Avqust 2019, 10:46 (GMT +4) Bakı, 7 avqust, SalamNews. ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Demokratlar arasından seçkiqabağı prezidentlik yarışına liderlik etməyə davam edir. Bunu Reuters/Ipsos tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Exit poll-a görə, respondentlərin 22 faizi Baydenin lehinə səs verib, Vermont senatoru Bernie Sanders isə 18 faiz səs toplayıb.
Qalan namizədlərin 9 faizlik baryeri aşa bilməyib. Ümumilikdə namizədlər siyahısında 23 siyasətçi var.
Sorğu 1-5 avqust tarixlərində aparılıb, ABŞ Demokrat Partiyasının 1258 tərəfdarı iştirak edib.
ABŞ-ın 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək.
|