Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Bakcell”dən “099”la bağlı açıqlama verilib

03 Avqust 2019, 17:11 (GMT +4)

Bakı, 3 avgust, SalamNews.Dünən sosial şəbəkələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumatlar yayılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SalamNews-a daxil olan məlumatda qeyd olunub ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır. Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

​ “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub. Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq.

"Bakcell"dən SalamNews-a bildirilib ki, Bakcell şirkəti 2016-ci ildən başlayaraq yeni nömrə prefiksinin (099) ayrılması üçün dəfələrlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Azərbaycanın ilk mobil operatoru olmasına və rəqiblərinin artıq uzun müddətdir ki, iki prefiksə sahib olmasına baxmayaraq “Bakcell”in ikinci prefiksi və əlavə nömrə resurslarını əldə etməsinə süni maneələr yaradılıb.

Şirkət, yaradılan maneənin aradan qaldırılması və müvafiq prefiksin (099) ayrılmasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Xidmətin 14 iyun 2019-cu il tarixli Göstərişində “Bakcell” MMC-nin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş dövlət inhisarçılığının qarşısının alınması və aradan qaldırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “099” kodu ilə başlayan nömrə resurslarının qanunvericiliyə uyğun şəkildə “Bakcell” MMC-yə ayrılması tələb olunur.

Buna baxmayaraq, Nazirlik Antiinhisar Xidmətinin göstərişinə məhəl qoymayıb və yalnız rəqib mobil operator olan “Azercell” şirkətinə “010”la başlayan üçüncü prefiksin verilməsindən sonra “Bakcell”ə “099” prefiksinin ayrılması haqqında məktub göndərib. Lakin indiyə kimi qeyd olunan prefiksin ayrılmasına dair müqavilə Nazirlik tərəfindən müxtəlif bəhanələrlə gecikdirilir. Bununla da “Bakcell” şirkətinə qarşı haqsız rəqabətin dəstəklənməsi və şirkətin hüquqlarının pozulması davam etməkdədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

"Bakcell" tamamilə yeni internet paketləri təqdim edib 

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Bakcell öz ənənəsinə sadiq qalaraq jurnalistlər üçün növbəti təlim təşkil edib (FOTO)

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirdilər

Bakcell ən qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Bakcell-in dəstəyi ilə Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

“Bakcell” yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini təqdim edib

Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib

Nazirlik: “Azercell” və “Bakcell”in yeni kod ayrılması ilə bağlı müraciətinə baxılır

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb

Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir

Bakcell sosial şəbəkələrdə ən yüksək nəticə göstərir

Məktəblilər “Bakcell”in qonağı olub

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçib

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır 

22 Noyabr 2019, 19:15 (GMT +4)
"Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

22 Noyabr 2019, 18:47 (GMT +4)
Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66