Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BNA Heydər Əliyev prospektində təhlükəsizliyin artırılması üçün təkliflər hazırlayıb

03 Avqust 2019, 15:44 (GMT +4)

Bakı, 3 avgust, SalamNews. Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb.

BNA-dan SalamNews-a verilən məlumata görə Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatlıq doğurduğundan ərazi təhlil edilmiş və qəzaların baş vermə səbəbi kimi aşağıdakı problemlər qeydə alınıb:

1. Prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmaması. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər 2 yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

2. Yolda sürət həddinin yüksək olması. Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.

3.Sürücülərin ara məsafəsini gözləməməsi. Nəticədə sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan hissəsində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə aşağıda göstərilən tədbirlərin qısa müddət ərzində icra edilməsi təklif edilib.

1. Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılması;

2. Yolda sürət həddinin ilkin olaraq 120 km/saatdan 110 km/saata endirilməsi;

3. Sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının (əlavə olunur) tətbiq edilməsi;
4. Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi.

Bundan əlavə, hal-hazırda mütəxəssislərimiz tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədi ilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66