Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti ilə görüşüb

03 Avqust 2019, 11:29 (GMT +4)

Bakı, 3 avgust, SalamNews.Maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SalamNews bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazir Qara Dəniz Ticarət və İnkişaf Bankının ölkəmizin özəl sektorunda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib və ölkə daxilində debüt olaraq yerli valyutada dövriyyə müddəti 2 il olan qiymətli kağızların uğurla yerləşdirilməsi ilə əlaqədar Bankın prezidentini təbrik edib. Qeyd olunan buraxılış hesabına cəlb edilmiş vəsaitlərin ölkənin özəl sektorunun maliyyələşdirilməsinə töhvə verəcəyinə ümid etdiyini bildirən S.Şərifov, həm də bu uğurun arxasında yerli qiymətli kağızlar bazarının dinamik inkişafının və xarici emitentlərin yerli valyutaya olan inamının durduğunu qeyd etmişdir.

Bununla yanaşı nazir qeyd edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumunun ölkəmizin maliyyə bazarında yerli valyutada qiymətli kağızlar buraxması həm emitent şəbəkəsinin genişləndirilməsinə, həm də ölkənin qiymətli kağızlar bazarının cəlbediciliyinə töhvə verməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutları üçün də təkanverici addım olacaq. Bu isə öz növbəsində Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və onun daha da təkmilləşdirilməsi üçün əlavə dəstək kimi qiymətləndirilə bilər və bu bazarın daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.

S.Şərifov həmçinin yerli qiymətli kağızlar bazarı barədə Bankın prezidentinə məlumat verərək, dövlət istiqrazlarına olan böyük tələbat əsasında son 3 ildə dövriyyə müddəti 1-3 il olan dövlət qiymətli kağızlar üzrə gəlirlilik dərəcələrinin 17-18%-dən 6-7%-ə endiyini qeyd edib, bunu ölkənin sabit makroiqtisadi çərçivədə inflayasiyanın aşağı səviyyədə olması və investorların manata olan etibarın artması ilə əlaqələndirib.

Nazir vurğulayıb ki, beynəlxalq kredit reytinq agentliyi “Standard&Poor`s” tərəfindən “A-” və “Moody`s” tərəfindən “A2” dərəcəsində müəyyən edilən Bankın uzunmüddətli kredit reytinqi Azərbaycan üzrə müəyyən edilən reytinq dərəcəsindən 4 pillə yüksək olsa da, Bank tərəfindən yerləşdirilən 2 illik qiymətli kağızlar üzrə gəlirlilik dərəcəsi ilə (7,25%) Maliyyə Nazirliyinin son hərrac zamanı yerləşdirilən analoji dövriyə müddətli kağızlarının gəlirlilik dərəcəsi (7,47%) arasında böyük fərqin (spred) olmaması məmnunluq doğurur.

Görüş zamanı S.Şərifov ölkəmizin Bankla olan münasibətlərinə böyük önəm verdiyini, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini və Bankın baş qərargahında iki Azərbaycan vətəndaşının çalışdığının önəmli olduğunu nəzərə alaraq, onların sayının artacağına ümid etdiyini bildirib.

Bankın prezidenti Azərbaycanda yerli valyutada qiymətli kağızların buraxılması ilə əlaqədar Banka göstərilən yüksək dəstəyə görə aidiyyəti dövlət orqanlarına öz təşəkkürünü bildirib və ölkədə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişafına təkan verdiyini və bunun da öz növbəsində Bankla ölkəmiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankını 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan yaradılıb. Azərbaycanı Bankın Rəhbərlər Şurasında S.Şərifov təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qara Dəniz Ticarət və İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti vəzifəsinə yeni təyinat olub

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66