Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib

30 İyul 2019, 18:00 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) alternativ maliyyə mexanizmlərinə dair Dəyirmi Masa keçirilib.

Maliyyə, Vergilər nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədə alternativ maliyyələşmə üzrə potensial imkanlar müzakirə edilib.

Tədbirdə İslam İnkişaf Bankı Qrupunun “İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” texniki yardım layihəsi çərçivəsində həyata keçirilən araşdırmalar barədə də məlumat verilib.

Qeyd olunub ki, beynəlxalq və yerli şirkətlərin yaratdığı konsorsium (İslamic Finance Advisory and Assurance Services (İFAAS) və “EKVITA Consulting” MMC) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi ölkə iqtisadiyyatına alternativ investisiya və maliyyə vəsaitlərinin cəlb edilməsi, bankçılıq, mikromaliyyə, qiymətli kağızlar və sığorta bazarlarının inkişafına töhfə vermək, yerli bazarda, xüsusilə kiçik və orta biznes (KOB) üçün yeni maliyyə məhsullarının və xidmətlərin təqdim olunması, maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Dəyirmi masada alternativ maliyyələşmə mexanizmlərinə dair xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə də KOB subyektlərinin maliyyələşdirilməsində alternativ maliyyə alətlərindən istifadənin genişləndirilməsi və bu sahədə araşdırmaların aparılması öz əksini tapıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

KOBİA ilə “Deloitte” şirkəti əməkdaşlığı genişləndirir

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

ARPA sədri Günay Şahbazova KOBİA tərəfindən təltif edilib

Yaponiya ilə KOB sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

“Huawei” KOB İnkişaf Mərkəzləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək

KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

Rusiyanın hərbi polisi Suriya Türkiyə sərhədində strateji Kobani şəhərinə daxil olub

KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

10 Dekabr 2019, 14:42 (GMT +4)
“Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib

10 Dekabr 2019, 14:25 (GMT +4)
Ərdoğan Nobel Komitəsinin qərarını pisləyib

10 Dekabr 2019, 14:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücumda şübhəli bilinən şəxsin fotosu yayımlanıb

10 Dekabr 2019, 13:54 (GMT +4)
Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

10 Dekabr 2019, 13:54 (GMT +4)
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır

10 Dekabr 2019, 13:35 (GMT +4)
Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

10 Dekabr 2019, 13:34 (GMT +4)
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib

10 Dekabr 2019, 13:26 (GMT +4)
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66