Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

İdmançı hüquqları müdafiəsinin gücləndirilməsi məqsədilə memorandum imzalanıb

29 İyul 2019, 13:03 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və BM Morrison Partners (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.

AMADA-nın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, memorandum çərçivəsində agentliyin fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində qurumun yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən bu idmançılara hüquqi yardım göstəriləcək. Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında göstərəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.

“Bu memorandum, idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədlərini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Şurasının Antidopinq Konvensiyası və idman sahəsini əhatə edən digər beynəlxalq sənədlərdə əks etdirilir”, - AMADA-nın direktoru və Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini Şəfəq Hüseynli imzalanma mərasimi zamanı deyib. Onun sözlərinə görə, antidopinq təşkilatları və hüquq şirkətlərinin bu formada əməkdaşlığı idman dünyası üçün bir yenilikdir.

“Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi bir müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”, - BM Morrison Partners hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev bildirib.

Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb. Azərbaycan Respublikasının ilk özəl hüquq şirkəti olan BM Morrison Partners 1992-ci ildə təsis edilib. BM xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkətidir. Geniş profilli hüquq şirkəti olan BM hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanlı idmançılar dünya birinciliyində dörd medal qazanıblar

Nazir: Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük

Azad Rəhimov: İdmançılarımızın qazandığı medalların sayı bizi qane edir

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək

Səmayə Məmmədova: Hər bir idmançının uğurunun arxasında azarkeş dəstəyi durur

Hacı Əliyev: İki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm

Azərbaycan idmançıları II Avropa oyunlarına yola salınıb

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub

Dünyanın 50 ölkəsindən 2500 idmançı Bakıya gələcək

Malayziya İsrail idmançılarını ölkəyə buraxmama qərarından dönməyəcəyini bəyan edib

Malayziya İsrail idmançılarını ölkədəki yarışlara buraxmayacağını bildirib

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb

Azərbaycanın daha bir idmançısı 4 illik diskvalifikasiya olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi ilin ikinci ən yaxşı idmançısı seçilib

Azərbaycanlı idmançı karate üzə dünya rekordunu yenilədi (VİDEO)

Prezident olimpiadada medal qazanan idmançıları və məşqçiləri mükafatlandırıb

İsrail naziri və idmançıları BƏƏ və Qətərdə keçirilən yarışlara qatılıblar (FOTO)

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub

Naxçıvanlı idmançılar Türkiyədə keçirilən yarışlardan uğurlu nəticələrlə qayıdıblar

AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12