Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Nazir: Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük

27 İyul 2019, 13:29 (GMT +4)

Bakı, 27 iyul, SalamNews, K.Orxan. İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi sonuncu mətbuat konfransını keçirib.

SalamNews xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Azad Rəhimov bildirib ki, yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsasən festival uğurla təşkil olunub. Artıq 135 təltifetmə mərasimindən 115-i başa çatıb. Medal sıralamasında Rusiya komandası liderdir. Azərbaycan idmançıları da festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır.

“Biz festival müddətində yeniyetmə atletlərin timsalında əzmkarlığı, mübarizliyi ilə demək olar ki, Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlərə üçün ruhlandıracaq. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılırlar. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzulayıram”, - deyə Azad Rəhimov bildirib.

Festivalda Azərbaycan idmançılarının qızıl medallarının sayının daha çox ola biləcəyini vurğulayan nazir deyib ki, ümumilikdə baxdıqda atletlərimizin nəticələri yaxşıdır.

Nazir yarışlara tamaşaçıların marağının gözlənildiyindən də böyük olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalar üçün nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmaq lazım gəldiyini deyib.

Yarışların yüksək səviyyədə işıqlandırılmasında media nümayəndələrinin rolunu xüsusi vurğulayan Gənclər və İdman naziri obyektlərdə hər gün orta hesabla 110-120 jurnalistin çalışdığını məmnunluqla bildirib. Nazir festival çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil”, “Yeni liderlərin idman liderliyi” və “Dopinqdən istifadəyə qarşı monitorinq” proqramlarının, eləcə də digər tədbirlərin reallaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Bu festivalın gənclərin karyerasında özünəməxsus yer tutacağını vurğulayan N.Nayqard yarışlar çərçivəsində müxtəlif mədəni proqramların da yaxşı təşkil olunduğunu deyib. Qeyd edib ki, “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalı bütün Avropada gənclərin arasında yeni dostluqlara yol açdı.

Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki Azərbaycan atletlərinin uğurlu çıxışlarında və mötəbər turnirin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O bildirib ki, bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq. O, idmançıların və nümayəndə heyətlərinin üzvlərinin ölkəmizdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

EYOF: Azərbaycan cüdoçusu finala yüksəlib

EYOF: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Cüdoçumuz Vüqar Talıbov EYOF-un finalına yüksəlib

“EYOF Bakı 2019”: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

EYOF: Azərbaycan gimnastı üç növdə finala vəsiqə qazanıb

EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarına start verilib

AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb

EYOF-da Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib

Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12