Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycan jurnalistlərinə «Beynəlxalq media vəsiqəsi» verilib

26 İyul 2019, 12:24 (GMT +4)

Bakı, 26 iyul, SalamNews. Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.

SalamNews xəbər verir ki, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

2019-cu ilin birinci yarısı üzrə “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: “Xalq” qəzetinin əməkdaşı Anar Əliyevə (Anar Turan), QHT.az xəbər portalının əməkdaşı, araşdırmaçı jurnalist Raminə Ağayevaya (Raminə Eyvazqızı), Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İH üzvü Yadigar Məmmədliyə, “Birlik” jurnalının təsisçisi, Mətbuat Şurası İH üzvü İlham İsmayılova (İlham İsmayıl), müstəqil araşdırmaçı jurnalist Əlimərdan Sultanova, MŞ katibliyinin rəhbəri Şəmsəddin Əliyevə, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Tofiq Yusifova verilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

- Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

- BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla sıx əməkdaşlıq etmək

və sair kimi məqamlar daxildir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

JuHİ nəzdində fəaliyyət göstərən Gender Qrupun toplantısı keçirilib

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

08 İyul 2020, 13:20 (GMT +4)
Azərbaycanın baş epidemioloqu vəzifəsindən ayrılıb

08 İyul 2020, 13:08 (GMT +4)
Professor Mehmet Ceyhan: Amöb hüceyrəsinə Türkiyədə də rast gəlinib

08 İyul 2020, 13:02 (GMT +4)
KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

08 İyul 2020, 12:53 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı 33 mini ötüb

08 İyul 2020, 12:39 (GMT +4)
Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib

08 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

08 İyul 2020, 12:14 (GMT +4)
Jurnalistlər Braziliya prezidentini məhkəməyə verəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66