Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

26 İyul 2019, 13:33 (GMT +4)

Bakı, 26 iyul, SalamNews.Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Aİİ-dən SalamNews-a verilən məlumata görə, “Yay məktəbi”nin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər.

Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib. Türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi tərəfindən 1421-ci ildə inşa etdirilib. Bursanın rəmzi kimi qəbul olunan türbədə I Mehmet Çələbi, oğulları Şahzadə Mustafa, Mahmut və Yusif, qızları Səlcuq xatun, Sitti xatun və Ayşə xatunun məzarları yerləşir. Tikiliyə, eyni zamanda, “Yaşıl türbə” də deyilir.

XV əsrə aid Əmir Sultan Türbəsini ziyarət zamanı qeyd olunub ki, sözügedən məkan Türkiyədə tanınmış dini ibadət ocaqlarından biridir. Burada dəfn olunmuş Əmir həzrətləri üç Osmanlı sultanı zamanında yaşayıb və sufilikdə vəlilik rütbəsinə yüksəlib.

Aİİ tələbələri “Panorama 1326 Bursa” Fatih Muzeyinə də ekskursiya ediblər. Burada Osmanlı dövrünə aid eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq yaradıb. Məlumat verilib ki, dünyanın ən böyük panoramalı muzeyi olan “Panorama 1326 Bursa” fəth gününü 360 dərəcə dairəvi döngədə təsvir edir.

Muzeyin rəsmi açılışı 15 fevral 2019-cu il tarixdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunub.

Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Yay məktəbi” davam edəcəyi günlərdə tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, bundan əlavə, Türk dili və Ədəbiyyat fənlərinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfransların təşkili planlaşdırılıb.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri, İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb

Aİİ tələbələrinin Türkiyədə təşkil olunan “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib

20 Oktyabr 2020, 18:05 (GMT +4)
MN: Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub

20 Oktyabr 2020, 17:58 (GMT +4)
Kolleclərə qəbul olunan abituriyentlərin sabahdan etibarən qeydiyyatı başlanır

20 Oktyabr 2020, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub

20 Oktyabr 2020, 17:41 (GMT +4)
Azərbaycanın idxal etdiyi malın həcmi cüzi artıb

20 Oktyabr 2020, 17:30 (GMT +4)
Mehriban Əliyeva xalqı təbrik edib

20 Oktyabr 2020, 17:27 (GMT +4)
Qarabağ döyüşləri fonunda İran ərazisinə daha bir PUA düşüb (FOTO)

20 Oktyabr 2020, 17:16 (GMT +4)
Azərbaycan xam neft ixracını 6%-dən çox azaldıb

20 Oktyabr 2020, 17:09 (GMT +4)
Azərbaycan Prezidenti: Düşmənin belini qırırıq, qıracağıq!

20 Oktyabr 2020, 17:05 (GMT +4)
Metaləritmə sexinin rəhbərliyinə məcburi göstəriş verilib

20 Oktyabr 2020, 16:48 (GMT +4)
İranda koronavirusa gündəlik yolxumada rekord rəqəm qeydə alınıb

20 Oktyabr 2020, 16:30 (GMT +4)
İlham Əliyev: Düşmənin 4 ədəd S-300 zenit raket kompleksi məhv edilib

20 Oktyabr 2020, 16:18 (GMT +4)
Düşmənin mülki şəxsləri hədəfə alması nəticəsində Tərtər rayonunda iki nəfər həlak olub, bir nəfər xəsarət alıb

20 Oktyabr 2020, 15:57 (GMT +4)
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir

20 Oktyabr 2020, 15:32 (GMT +4)
Zəngilana Azərbaycan bayrağı sancıldı (VİDEO)

20 Oktyabr 2020, 15:30 (GMT +4)
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:24 (GMT +4)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66