Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

"İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirilib

25 İyul 2019, 16:49 (GMT +4)

Bakı, 25 iyul, SalamNews. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 25-də Bakı şəhərində “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirib.

SalamNews-un verdiyi xəbərə görə, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirə KİV nümayəndələri, QHT təmsilçiləri, həmçinin, internet və sosial şəbəkə fəalları olmaqla 55 nəfər qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: “Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından olan “Şəxsi həyat”ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi “Şəxsi həyatın qorunması”nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının “şəxsi həyat” prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” mövzusuna həsr edilib.

Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, “Şəxsi həyat”ın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr , “Şəxsi həyatın qorunması” və digər bu kimi prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb. Keçirdiyimiz konfransda məqsəd bu problemin aradan qaldırılması yolları barədə müzakirə açmaq oldu”

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Əməkdar jurnalist Azər Həsrət, DJL sədri, MŞ İH üzvü Yadigar Məmədli, Aktor.az saytının baş redaktoru Telman İsa və digərləri çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yeni yaradılan Media Hərəkatı: Məqsəd və Hədəflər (RƏYLƏR)

“Özünü qoru, çevrəni xilas et" Media Hərəkatının üzvləri maarifləndirici aksiya keçirib

Media Hərəkatına qoşulmuş mətbuat katiblərinin görüşü olub

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşüb (FOTO)

"Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb

"#GelBirolaq" multimedia platforması istifadəyə verilib

Nazirliyin təşkil etdiyi teledərslər xarici mediada geniş işıqlandırılıb (FOTOLAR)

Media və QHT təmsilçiləri Prezident İlham Əliyevə müraciət edib

Masazır Duz Zavoduna media tur təşkil edilib

Formula 1 Azərbaycan Qran-Prisinə media akreditasiya bu gün başa çatır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

“Yeni Çağ” Media Qrupu əlaqələrini daha da genişləndirir

Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

Bakı Qida və Yağ Fabrikinə mediatur təşkil olunub (FOTOLAR)

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyib

DİN Nərminin qətli ilə bağlı media nümayəndələrinə xəbərdarlıq edib

“LIBRAFF” mətbuat nümayəndələri üçün media-tur təşkil edib

Parlament seçkiləri ilə əlaqədar Müstəqil Media Mərkəzi yaradılacaq

Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

08 İyul 2020, 13:20 (GMT +4)
Azərbaycanın baş epidemioloqu vəzifəsindən ayrılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66