Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 İyul 2019, 10:34 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Aparıcılar Azərbaycan Milli Mətbuatının yaranmasından, “Əkinçi” qəzetinin, eləcə də o dövr mətbu nəşrlərinin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıblar. Qeyd olunub ki, Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və Azərbaycanda ilk milli mətbu orqanı olan “Əkinçi” öz ətrafında dövrünün qabaqcıl ziyalılarını birləşdirmişdi.

Diqqətə çatdırılıb ki, “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız müstəqilliyimizin bərpasından sonra özünün intibah dövrünü yaşayır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin milli mətbuata, jurnalistikaya göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi ötən müddətdə dövlətin mətbuatın inkişafına göstərdiyi dəstəkdən söz açıb. Qeyd edib ki, Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 2019-cu il iyunun 8-dən iyulun 12-dək Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir. Bu, bir reallıqdır ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə Ümummilli Liderin Fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ümummilli Lider media ilə bağlı bütün tənzimləmə və senzura mexanizmlərini ləğv edərək Azərbaycanda azad mətbuat üçün lazımi şəraiti yaratdı. Ulu Öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.

Mətbuatımızın bugünkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam şəffaflaşdırılması, sistemləşdirilməsi və ardıcıl olaraq həyata keçirilməsindən ibarət olduğunu vurğulayan Əli Həsənov deyib: “2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq KİVDF yaradıldı. O gündən bu günə qədər Fond bilavasitə jurnalistlərin iştirakı ilə özünün Müşahidə Şurasını formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, araşdırır, dövlət qarşısında bu və ya digər təkliflərlə çıxış edir və o təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərimiz bilavasitə və qismən dövlət tərəfindən maliyyələşdirilib. Qəzetlərin uzun müddət yaranmış borcları dövlət tərəfindən ödənilib, ayrı-ayrı sahələr üzrə dotasiyalar verilib. Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır. Mətbuat mədəniyyətin bir hissəsidir, onun əsas sahələrindən biridir. Əgər dövlət bu gün özünün milli-mənəvi simasını, milli-mənəvi varlığını nümayiş etdirən teatrına, ədəbiyyatına, şairinə, yazıçısına, teatr xadiminə, rəssamına dəstək göstərir, yardım edirsə, nəyə görə bu yardım mediaya göstərilməməlidir. Buna görə də mediamızın inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançılara da, jurnalistlərə də ev verir, onların sosial həyatının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Buna qarşı qısqanclıq, buna qarşı hər hansı fikir formalaşdırmaq, düşünürəm ki, sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bunların heç biri təmənna daşımır, bunların heç biri sizin yaradıcılıq imkanlarınızı məhdudlaşdırmır və məhdudlaşdıra da bilməz”.

Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.

Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Həsən bəy Zərdabi yolunun davamçıları olan Azərbaycan jurnalistlərini milli mətbuatımızın 144 illiyi münasibətilə təbrik edib, “Əkinçi”dən bəri keçən mətbuatımızın tarixinə qısa nəzər salıb, ölkəmizdə jurnalistlərə göstərilən dövlət qayğısının önəmini vurğulayıb.

Daha sonra jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Mətbuat Şurasının mükafatları sahiblərinə təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

KİVDF maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF 33 qəzetə pul ayırıb (SİYAHI)

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

21 Oktyabr 2019, 18:01 (GMT +4)
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib

21 Oktyabr 2019, 17:52 (GMT +4)
Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

21 Oktyabr 2019, 17:43 (GMT +4)
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib

21 Oktyabr 2019, 17:29 (GMT +4)
AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

21 Oktyabr 2019, 17:17 (GMT +4)
Livan hökuməti 6 günlük etirazlardan sonra iqtisadi vəziyyətin yaxşılaşdırılması haqda layihəni qəbul edib

21 Oktyabr 2019, 17:11 (GMT +4)
İsrail Livanın hava məkanını pozub

21 Oktyabr 2019, 17:02 (GMT +4)
Təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

21 Oktyabr 2019, 16:57 (GMT +4)
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

21 Oktyabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

21 Oktyabr 2019, 16:45 (GMT +4)
İranın cənubunda 5.7 bal gücündə zəlzələ baş verib

21 Oktyabr 2019, 16:39 (GMT +4)
Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

21 Oktyabr 2019, 16:37 (GMT +4)
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

21 Oktyabr 2019, 16:36 (GMT +4)
Hacıbala Abutalıbov vəzifəsindən azad olunub

21 Oktyabr 2019, 16:32 (GMT +4)
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

21 Oktyabr 2019, 16:30 (GMT +4)
ABŞ hərbiçilərinin bir hissəsini Suriyadakı neft yataqlarının yaxınlığında saxlayacaq

21 Oktyabr 2019, 16:25 (GMT +4)
Bəhreyndə İsrailin iştirakı ilə “Körfəzdə nəqliyyat təhlükəsizliyi” adlı konfrans keçirilir

21 Oktyabr 2019, 16:24 (GMT +4)
Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

21 Oktyabr 2019, 16:19 (GMT +4)
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66