Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

22 İyul 2019, 13:51 (GMT +4)

Bakı, 22 iyul, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünya üzrə tanınmış şirkətlərlə tərəfdaşlıq əlaqələrini genişləndirir.

Ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən AzerTelecom şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış Microsoft şirkətinin rəsmi tərəfdaşı olub.

Microsoft şirkəti ilə tərəfdaşlıq AzerTelecom tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcılhəllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, AzerTelecom öz müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User) məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri)və s.məhsul və həlləri təqdim etsin.

Qeyd edək ki, həmçinin Microsoft şirkətinin Server Node avadanlığı AzerTelecom şirkətinin Data Mərkəzindədə yerləşdirilib.Müvafiq avadanlığın AzerTelecom şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir.

Bu zaman müştərilər proqram təminatınımütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhz Azərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoft-un Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər.
AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir.

AzerTelecom hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

Microsoft (Nasdaq “MSFT” @microsoft) intellektual bulud və ağıllı texnologiyalar erasında rəqəmsal transformasiya üçün şərait yaradır. Onun missiyası daha böyük nailiyyətlər üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66