Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:19 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi tərəfindən aparıcı media qurumlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, aparıcı media qurumlarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Səfər Mehdiyev əlamətdar gün münasibətilə bütün media nümayəndələri və jurnalistləri təbrik edib və 19-cu əsrin ikinci yarısında yaranan Milli Mətbuatımızın milli-mənəvi dəyərlərimizin, ölkəmizin strateji maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, 20-ci əsrin sonlarında yenidən müstəqilliyini əldə edən Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması və qorunmasında, son illərdə həyata keçirilən islahatlar hesabına bütün sahələrdə əldə edilən davamlı iqtisadi inkişafın Azərbaycan modelinin ictimaiyyətə çatdırılmasında milli mətbuatımızın rolu əvəzsizdir.

Ümummili lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan peşəkar media fəaliyyət göstərir.

Komitə sədri bildirib ki, Dövlət Gömrük Komitəsi də daim milli mətbuatımıza qarşı həssas yanaşmağa, səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərir və bu mənada media ilə münasibətlərdə müsbət mənada xeyli irəliləyişlər əldə olunub. O da vurğulanıb ki, gömrük orqanlarının gömrük-media münasibətlərinin yenidən qurulması, əməkdaşlığın gücləndirilməsi istiqamətindəki səylərinə media qurumları da peşəkarlıqla, xoş niyyətlə yanaşıb və son bir ildə həyata keçirilən yeniliklərin və islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstəriblər.

Səfər Mehdiyev bundan sonra da gömrük-media əməkdaşlığının yüksələn xəttlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının inkişafından, ölkəmizdə baş verən proseslərə peşəkar və işgüzar yanaşmasından bəhs edib. Qeyd olunub ki, daim milli mənafeləri, ölkəmizin strateji maraqlarını hər şeydən üstün tutan mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb.

Son illərdə gömrük-media münasibətlərinin inkişafından məmnunluqla bəhs edən Əflatun Amaşov səmərəli əməkdaşlığın gömrük sahəsindəki yenilikləri, islahatların mahiyyət və məqsədini geniş ictimaiyyətə çatdırmaqda xüsusi rol oynadığını, eyni zamanda jurnalistlərin də bu sahədəki biliklərinin artmasına münbit şərait yaratdığını diqqətə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

DGK-da görüş keçirilib

DGK-nın Akademiyası “Məzun Günü” keçirib

DGK: Siqaret, mobil telefonlar və aksesuarlar aşkar edilib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66