Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

20 İyul 2019, 11:59 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. Bərdə rayonunda 120 soğan istehsalçısının iştirakı ilə “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Kənd Təsərrüfatı Nazirliyindən SalamNews-a verilən məlumata görə, təsis yığıncağında Nazirliyin, rayon icra hakimiyyətinin nümayəndələri, soğan istehsalı ilə məşğul olan fermerlər iştirak edib.

Yeni Assosiasiya ilkin olaraq Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Şəmkir və Beyləqan rayonlarında soğan istehsalı ilə məşğul olan fermerləri öz sırasında birləşdirir.

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə soğana olan tələbatı yerli istehsal hesabına tam ödəmək, bu məhsulun ixracının daha da artırılmasına nail olmaqdır. Bundan başqa, Assosiasiya öz fəaliyyətini soğan istehsalçılarının bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.

Tədbirdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Qeyd olunub ki, Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər.

Tədbirdə soğan istehsalı ilə məşğul olan fermerlər çıxış edərək “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Fermer Vüqar Babayev “Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, fermer Murad Rüstəmov İdarə Heyəti sədrinin müavini seçilib.

Sonda Assosiasiyanın gələcək fəaliyyəti və soğançılığın inkişafı ilə bağlı fermerlərlə müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fermerlər: Soğanın qiymətinin aşağı olması sərfəli deyil

Azərbaycanda Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası yaradılacaq

Azərbaycanda kartof, soğan, kələm ucuzlaşıb

Azərbaycanda idxal olunan soğana qoyulan gömrük rüsumu ləğv edilib

Kartof, soğan və kələmin ixracına gömrük rusumu tətbiq ediləcək

AQTA Türkiyəyə soğan ixrac edən sahibkarlara müraciət edib

Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

Bərdənin Soğanverdilər kəndində yanğın baş verib

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12