Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:37 (GMT +4)

Bakı, 19 iyul, SalamNews.İyulun 19-da Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın növbəti geniştərkibli iclası keçirilib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Baş Nazirin müavini Əli Həsənov bildirib ki, əhalinin siyahıyaalınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür.

İclasda bildirilib ki, siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları hazırdır. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.

Sonra komissiyanin üzvləri - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Bakı Şəhər İcra Hakimiyyəti başçisinin müavini Fidumə Hüseynova, Xarici İşlər nazirinin Nadir Hüseynov və Daxili İşlər nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər.

İclasın sonunda müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib

Azər Əmiraslanov Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri təyin edilib

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb

Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən ayrılıb

Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Azərbaycanda polietilen torbaların ödənişli olması ilə bağlı layihə Nazirlər Kabinetinə göndərilib

İraq baş naziri gələn həftə nazirlər kabinetində ciddi dəyişikliklər vəd edib

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib

Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Nazirlər Kabineti su, qaz və işıqla bağlı yeni tələbləri təsdiqləyib

Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktların qüvvəyə minməsi müddəti artırılıb

Nazirlər Kabinetinin rəsmi internet saytında yeniliklər edilib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Pakistan Nazirlər Kabineti SOCAR-la əməkdaşlığa dair Sazişi təsdiq edib

11 Dekabr 2019, 11:29 (GMT +4)
ABŞ Səudiyyə hərbçilərinə təlimlərin keçirilməsini məhdudlaşdırıb

11 Dekabr 2019, 11:21 (GMT +4)
Lavrov: Tramp Rusiya ilə yaxşı münasibətlərin faydasını anlayır 

11 Dekabr 2019, 11:15 (GMT +4)
Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib

11 Dekabr 2019, 11:00 (GMT +4)
İndoneziyada timsah balıqçını parçalayıb

11 Dekabr 2019, 10:47 (GMT +4)
Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum edib

11 Dekabr 2019, 10:40 (GMT +4)
Əfqanıstanda ABŞ qərargahı yaxınlığında partlayış törədilib, azı 50 yaralı var

11 Dekabr 2019, 10:26 (GMT +4)
Tramp Rusiya ilə dialoqun davam edəcəyinə ümid etdiyini bildirib

11 Dekabr 2019, 10:17 (GMT +4)
Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb

11 Dekabr 2019, 09:55 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

11 Dekabr 2019, 09:45 (GMT +4)
BMT Aramko-ya edilən hücumun İran tərəfindən həyata keçirilməsini isbat edə bilməyib

11 Dekabr 2019, 09:38 (GMT +4)
ABŞ Səudiyyə Ərəbistanının keçmiş konsuluna sanksiya tətbiq edir

11 Dekabr 2019, 09:32 (GMT +4)
Əlcəzairdə sabiq baş nazirlər həbs ediliblər

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb

11 Dekabr 2019, 09:30 (GMT +4)
Bakıda plastik tullantılardan Yeni il ağacı hazırlanıb

11 Dekabr 2019, 09:12 (GMT +4)
Demokratlar Trampa qarşı ittihamlar səsləndirib 

11 Dekabr 2019, 09:00 (GMT +4)
Bakıda valieynlərin uşaqlara işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66