Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

19 İyul 2019, 10:06 (GMT +4)

Bakı, 19 iyul, SalamNews. Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

Bu barədə SalamNews-a nazirlikdən məlumat verilib.

Məlumatda həmçinin deyilir ki, Bakıda aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

“İstehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilərlər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çekini təqdim etməyə dəvət edir”, - məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində könüllülər üçün xüsusi bölmə yaradılıb

Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

Vergilər Nazirliyi ötən ay 1.770 nəfərin əmək müqaviləsiz işə cəlb olunduğunu aşkarlayıb

Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,1 milyard manat daxil olub

27 Yanvar 2020, 12:20 (GMT +4)
Nazir: Çində koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var

27 Yanvar 2020, 12:13 (GMT +4)
Marionet Teatrında “Arşın mal alan” operettası təqdim olunub

27 Yanvar 2020, 12:01 (GMT +4)
Los Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib

27 Yanvar 2020, 11:50 (GMT +4)
Bağdaddakı ABŞ səfirliyi raket hücumuna məruz qalıb

27 Yanvar 2020, 11:37 (GMT +4)
Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

27 Yanvar 2020, 10:11 (GMT +4)
Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

27 Yanvar 2020, 10:03 (GMT +4)
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq

27 Yanvar 2020, 09:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

27 Yanvar 2020, 09:39 (GMT +4)
Azərbaycanda zəlzələ olub

27 Yanvar 2020, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

27 Yanvar 2020, 09:14 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

27 Yanvar 2020, 09:00 (GMT +4)
“Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri qoşulublar

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66