Türkiyədə ağır yol qəzasında 15 miqrant ölüb18 İyul 2019, 16:43 (GMT +4) Bakı, 18 iyul, SalamNews. Türkiyənin şərqində Van vilayətində qanunsuz miqrantları daşıyan mikroavtobus aşıb. Bu barədə NTV telekanalı məlumat verir.
SalamNews xəbər verir ki, qəza nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.
Məlumata görə, avtobus yoldan çıxaraq aşıb. Ölənlər arasında uşaqlar da var.
|