Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar

17 İyul 2019, 09:26 (GMT +4)

Bakı, 17 iyul, SalamNews.“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlama verib. Açıqlamada deyilir:

-İyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.

Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.

Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.

Əlbəttə, biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır.

Bununla yanaşı, təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.

Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar. Lakin onlara 2015-ci ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentini xatırlatmaqla böyük diplomatik qalmaqaldan tərəflərin necə müdrikcəsinə çıxması nümunəsini xatırlatmaq istərdik. Həmin dövrdə də hər iki tərəfdə münasibətləri hərb meydanında ayırd etməyə çağırışlar olunurdu. Lakin Moskva və Ankara təxribata getmədilər, məsələnin kökünü araşdırdılar, günahkarlar tapıldı və ciddi fəsadlar vəd edən insident aradan qaldırıldı.

Buna görə də Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır.

Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaq.

Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividendlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin, bu dostluğa sadiqliyin hansı anlama gəldiyini əməli işimizlə göstərmişik. Əminik ki, bundan sonra da dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək. Radikal mövqe tutaraq xalqları, dövlətləri təxribata çəkmək, bir-birinə qarşı qoymaq meyilləri müdriklik, əsrlərin sınağından çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq və regionumuzun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov vəzifəsindən azad edilib (RƏSMİ)

Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib

Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır

Əli Həsənov: Azərbaycan iqtidarı öz Müəlliminin - Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir

Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır

Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

Əli Həsənov: Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir

Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

Əli Həsənov: Böyük Zəfər yürüşü uzaqda deyil

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur

Əli Həsənov: Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Əli Həsənov: İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında ciddi amillər dayanır

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Əli Həsənov: Bob Woodwardın kitabında yayılan məlumat yalan və saxtadır

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

Əli Həsənov: Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

Çeçenistan Respublikasının naziri Əli Həsənovun bəyanatını şərh edib

09 Dekabr 2019, 20:35 (GMT +4)
Bakıda «R-Pharm»ın yeni istehsal sahəsi açılıb

09 Dekabr 2019, 18:18 (GMT +4)
MN Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

09 Dekabr 2019, 17:49 (GMT +4)
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib

09 Dekabr 2019, 17:44 (GMT +4)
Bin-Salman Səudiyyə hərbçisinin hücumuna görə Trampa başsağlığı verib

09 Dekabr 2019, 17:42 (GMT +4)
Azərbaycan fermerlərinin məhsulları Beynəlxalq yarmarkada nümayiş etdirilir

09 Dekabr 2019, 17:35 (GMT +4)
Fransa ATƏT Minsk Qrupundakı roluna sadiqdir - səfir

09 Dekabr 2019, 17:20 (GMT +4)
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

09 Dekabr 2019, 17:17 (GMT +4)
Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib

09 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya dörd il müddətinə dünya idmanından uzaqlaşdırılıb

09 Dekabr 2019, 17:00 (GMT +4)
Bakıda «‎CaspiCandle» şam qalereyası fəaliyyətə başlayıb (FOTOLAR)

09 Dekabr 2019, 16:55 (GMT +4)
İraqda 9 nazir və 12 deputatın saxlanılma və istintaqa cəlb edilməsi haqda qərar çıxarılıb

09 Dekabr 2019, 16:53 (GMT +4)
İstanbulda Türkiyə və İran XİN rəhbərləri arasında görüş olub

09 Dekabr 2019, 16:40 (GMT +4)
Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

09 Dekabr 2019, 16:35 (GMT +4)
BP AzTU tələbələrinə iş təklif edəcək

09 Dekabr 2019, 16:30 (GMT +4)
Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

09 Dekabr 2019, 16:27 (GMT +4)
Brüssel AB ölkələrini birlik olmağa çağırıb

09 Dekabr 2019, 16:18 (GMT +4)
Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

09 Dekabr 2019, 16:01 (GMT +4)
Xətai Sənət Mərkəzində “Fəsillər” adlı sərgi açılıb

09 Dekabr 2019, 15:57 (GMT +4)
Türkiyədə terror aktı nəticəsində 2 təhlükəsizlik əməkdaşı şəhid olub

09 Dekabr 2019, 15:37 (GMT +4)
İsrail partiyaları Knesset seçkilərini 3-cü dəfə keçirməklə bağlı razılaşıblar

09 Dekabr 2019, 15:34 (GMT +4)
FIFA referimiz Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək

09 Dekabr 2019, 15:27 (GMT +4)
Kreml: Putin və Zelenski arasındakı danışıqların vaxtına məhdudiyyət qoyulmayacaq

09 Dekabr 2019, 15:16 (GMT +4)
Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası Rusiyada keçiriləcək

09 Dekabr 2019, 14:55 (GMT +4)
Qərb və bəzi ərəb ölkələri İsrail qanunsuzluğunu təşviq edir - Ərdoğan

09 Dekabr 2019, 14:50 (GMT +4)
Azərbaycan cüdoçuları Rusiyada bir dəst medal qazanıb

09 Dekabr 2019, 14:39 (GMT +4)
Rusiyalı nazir: Rusiya və Azərbaycan altıncı yol xəritəsi üzərində razılaşma əldə edib

09 Dekabr 2019, 14:35 (GMT +4)
Nazirliyin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

09 Dekabr 2019, 14:27 (GMT +4)
Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

09 Dekabr 2019, 14:27 (GMT +4)
İraqlı qız 5 ildən sonra ona təcavüz edən İŞİD-çi ilə qarşılaşıb (VİDEO)

09 Dekabr 2019, 13:52 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66