Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşüb

17 İyul 2019, 12:30 (GMT +4)

Bakı, 17 iyul, SalamNews.Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti üçtərəfli iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib. E.Məmmədyarov üçtərəfli formatda xarici işlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusilə vurğulayıb.

Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Regionda mövcud münaqişələrə toxunan qonaqlar mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.

Öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.

Görüş zamanı tərəflər hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elmar Məmmədyarov İsveçə səfərə gedib

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov hindistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov İƏT-in Xarici İşlər nazirlərinin iclasında iştirak edib

Elmar Məmmədyarov xorvatiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış edib

Elmar Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib (FOTO)

Elmar Məmmədyarov Aİ ali nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

Elmar Məmmədyarov Avropaya yola düşüb

Elmar Məmmədyarov İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edib

Elmar Məmmədyarov Peruya gedib

Elmar Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

13 Noyabr 2019, 18:01 (GMT +4)
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

13 Noyabr 2019, 17:50 (GMT +4)
Türkiyə İŞİD-in əsas üzvünün saxlanıldığını açıqlayıb

13 Noyabr 2019, 17:46 (GMT +4)
Azərbaycanda bəzi məhsulların markalanmasında tələblərin pozulması ilə bağlı faktlar aşkarlanıb

13 Noyabr 2019, 17:28 (GMT +4)
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib

13 Noyabr 2019, 17:12 (GMT +4)
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

13 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə İŞİD terrorçusu olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək

13 Noyabr 2019, 17:07 (GMT +4)
Azərbaycanlı skaut Dünya Skaut Hərəkatı tərəfindən mükafatlandırılıb

13 Noyabr 2019, 17:02 (GMT +4)
Hindistanın Kəşmirə humanitar yardım göndərilməsinə icazə verilməyib

13 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini qəbul edib

13 Noyabr 2019, 16:47 (GMT +4)
Suriya Ordusu minalanmış kamikadze maşınını zərərsizləşdirib (FOTO)

13 Noyabr 2019, 16:32 (GMT +4)
Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyin edilib

13 Noyabr 2019, 16:30 (GMT +4)
Azərbaycan komandası «Ən yaxşı səhnəciyi»-nə görə mükafatlandırılıb

13 Noyabr 2019, 16:25 (GMT +4)
Musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert  proqramı təqdim edib

13 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini qəbul edib

13 Noyabr 2019, 16:17 (GMT +4)
İndoneziyada terror aktı törədilib

13 Noyabr 2019, 15:53 (GMT +4)
Rusiya XİN Boliviyadakı vəziyyətdən mənfəət güdməməyə çağırır

13 Noyabr 2019, 15:32 (GMT +4)
İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib

13 Noyabr 2019, 15:24 (GMT +4)
Türkiyənin şərqində "Kıran" əməliyyatının altıncı mərhələsi başlayıb

13 Noyabr 2019, 15:13 (GMT +4)
AQTİ işə qəbul üçün vakansiya elan edir

13 Noyabr 2019, 14:57 (GMT +4)
Almaniya və Hollandiya Türkiyədəki İŞİD terrorçularını qəbul etməyə hazırdır - nazir

13 Noyabr 2019, 14:34 (GMT +4)
Fələstin hərəkatları İsraillə hərbi qarşıdurmanın dayandırılması üçün vasitəçiləri rədd edəcəklərini bildiriblər

13 Noyabr 2019, 14:30 (GMT +4)
“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

13 Noyabr 2019, 14:11 (GMT +4)
Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb

13 Noyabr 2019, 14:01 (GMT +4)
Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib

13 Noyabr 2019, 13:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66