Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda güzəştli mənzillərin öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi başa çatdırılıb

12 İyul 2019, 15:36 (GMT +4)

Bakı, 12 iyul, SalamNews.Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə, 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə bu gün saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Bu barədə SalamNews-a MİDA-dan məlumat verilib.

Prezident İlham Əliyevin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 253 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 518 nəfərdir.

Bugünkü satış zamanı 253 mənzilin seçimində iştirak edənlərin sayı 1 906 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 253 mənzilin 245-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi isə 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-a qədər davam edəcək.

Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu (elana uyğun olaraq öz vəsaiti hesabına), mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MİDA növbəti mənzil satışının vaxtını açıqlayıb

MİDA növbəti mənzil seçimi ilə bağlı açıqlama yayıb

MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

MİDA ulu öndərin  doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

MİDA “Güzəştli mənzil” sistemində dəyişikliklər edib

MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

MİDA: “Ernst & Young” güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiqləyib

MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Prezident İlham Əliyev MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satış tarixini elan edib

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

MİDA və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

MİDA-nın satış sistemində yaranmış problemə aydınlıq gətirilib

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

MİDA-da gənclər təşkilatları üçün görüş keçirilib

Prezident MİDA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb

Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

22 Oktyabr 2019, 15:34 (GMT +4)
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində nümayiş olunur

22 Oktyabr 2019, 15:21 (GMT +4)
Azercell-in “Kabinetim” mobil tətbiqi yenilənib

22 Oktyabr 2019, 15:11 (GMT +4)
İraq hökuməti qanlı aksiyalarla bağlı araşdırmanın yekun nəticəsini açıqlayıb

22 Oktyabr 2019, 15:05 (GMT +4)
Soçidə Putinlə Ərdoğan arasında danışıqlar başlayıb

22 Oktyabr 2019, 15:02 (GMT +4)
Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

22 Oktyabr 2019, 14:57 (GMT +4)
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

22 Oktyabr 2019, 14:45 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatları bərpa etməyə hazırdır - Ərdoğan

22 Oktyabr 2019, 14:36 (GMT +4)
Bakının bəzi mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

22 Oktyabr 2019, 14:25 (GMT +4)
Türkiyə səfiri Pompeonun ABŞ-ın müharibəyə hazır olması barədə açıqlamasını şərh edib

22 Oktyabr 2019, 14:18 (GMT +4)
Azərbaycanda yeni medal təsis edilib

22 Oktyabr 2019, 14:13 (GMT +4)
Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

22 Oktyabr 2019, 13:59 (GMT +4)
İranın Rusiyadakı səfirinin qızı vəfat edib

22 Oktyabr 2019, 13:52 (GMT +4)
“Kapital Bank” rəqəmsal bankçılıq sahəsində ilkə imza atıb

22 Oktyabr 2019, 13:51 (GMT +4)
Tramp Rusiya və Çinlə nüvə anlaşması əldə etmək istədiyini bildirib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66