Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edib

11 İyul 2019, 15:51 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.Respublikanın 44 regionunda fəaliyyət göstərən, 1600-dən çox könüllünü ətrafına yığan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu ötən il iyulun 11-də yaranıb. Həmin il noyabrın 13-də isə hərəkat rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.

Təşkilatdan SalamNews-a bildirilib ki, “Aqrar İnkişaf Könüllüləri” Kənd Təsərrüfatı Nazirliyinin regionlarındakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), nazirliyin şöbələrində, elmi-tədqiqat institutlarında və ixtisaslaşmış laboratoriyalarında fəaliyyət göstərir. Könüllülərin məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir.

Bitkiçilik, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və təbliği, yeni bazar alətlərinin istifadəsi, torpaqların keyfiyyət meyarlarının ölçülməsində fermerlərə dəstək və innovativ texnologiyaların tətbiqində iştirak etmək “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyətlərinə daxildir.

Ötən ilin oktyabrında 20 regionda aktiv fəaliyyətə başlayan “Aqrar İnkişaf Könüllüləri” artıq bu hədəflər uğrunda çalışan 1600-dən çox gəncdən ibarətdir. Könüllülər universitetlərdə ardıcıl olaraq görüşlər keçirərək gənc kadrların formalaşması və onların karyera addımlarının stimullaşdırılması üçün təbliğat kompaniyası da apararaq müxtəlif istiqamətlərdə layihələr həyata keçirirlər. Belə ki, aztəminatlı ailələrə yardım, sosial-ictimai məsuliyyətyönümlü, “Ailələri sevindirməyə, üzlərində sevinc yaşatmağa hazırıq” devizi ilə icra edilən “Kənd Sovqatı” layihəsi bunun bariz göstəricisidir.

Bundan əlavə, aqrar sahədə ixtisaslaşmış gənc kadr potensialının artırılması məqsədilə “Aqrar İxtisaslaşmış Jurnalistlər”, “Gənc Aqronomlar Məktəbi”, gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq məqsədilə keçirilən “Mobil Laboratoriya”, aqrar sahədə data analitikası təbliği ilə bağlı 2 mərhələli keçirilən “Aqrodata”, aqrar təhsilin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə vermək məqsədilə keçirilən “Aqrar İnkişaf Məqsədləri” (AİM) kimi layihələr reallaşdırılıb.

Həmçinin müxtəlif universitet, təşkilat və müəssisələrlə əməkdaşlıq memorandumları imzalayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aqrar İnkişaf Könüllüləri” daha 2 qurumda fəaliyyətə başlayıb

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

20 İyul 2019, 13:20 (GMT +4)
Azercell jurnalistlərə 1875 dəqiqə hədiyyə edəcək

20 İyul 2019, 12:56 (GMT +4)
Anar Məmmədxanovun doğum tarixidir

20 İyul 2019, 12:53 (GMT +4)
ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

20 İyul 2019, 12:41 (GMT +4)
General Haftarın ordusu Liviya paytaxtı istiqamətdə yeni irimiqyaslı hücuma başlayır

20 İyul 2019, 12:32 (GMT +4)
Bakıda ilk dəfə Nepal dövlətinin təşkilatçılığı bilik yarışması təşkil olunub

20 İyul 2019, 12:13 (GMT +4)
Britaniya neft gəmilərinə Hörmüzdən keçməməyi tövsiyə edib

20 İyul 2019, 12:05 (GMT +4)
Ukrayna naziri Zelenskinin yeni sərəncamı "sirk" adlandırıb

20 İyul 2019, 11:59 (GMT +4)
“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

20 İyul 2019, 11:50 (GMT +4)
SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

20 İyul 2019, 11:39 (GMT +4)
NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

20 İyul 2019, 11:34 (GMT +4)
ABŞ Konqresində "Eksorsizm" ritualı keçirilib

20 İyul 2019, 11:30 (GMT +4)
ABŞ-ın Səudiyyəyə 500 hərbi qüvvə göndərməsi rəsmən təsdiqlənib

20 İyul 2019, 11:28 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

20 İyul 2019, 11:27 (GMT +4)
ARDNF-ın illik maliyyə hesabatlarının Prezidentə təqdim edilmə müddəti dəyişib

20 İyul 2019, 11:16 (GMT +4)
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat artıq başa çatıb

20 İyul 2019, 11:12 (GMT +4)
Saakaşvili Ali Rada seçkilərində partiyasının namizədliyini geri çəkib

20 İyul 2019, 11:07 (GMT +4)
Türkiyədə qida zəhərlənməsindən 56 nəfər xəstəxanaya yerləşdirilib

20 İyul 2019, 11:07 (GMT +4)
Bakı yollarında "sarı zolaq" qadağası qüvvəyə minib

20 İyul 2019, 10:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 19 dəfə pozub

20 İyul 2019, 10:47 (GMT +4)
Bakıya daha 10 yeni metro vaqonu gətirilir

20 İyul 2019, 10:34 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Yüzdən çox yaralı var (VİDEO)

20 İyul 2019, 10:23 (GMT +4)
Tramp senatorlara Türkiyəni müzakirə etməyi təklif edib - KİV

20 İyul 2019, 10:08 (GMT +4)
İran Brtaniyanın bir neft gəmisini saxlayaraq Bəndər-Abbas sahilinə aparıb (FOTO)

20 İyul 2019, 10:00 (GMT +4)
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcəklər

20 İyul 2019, 09:51 (GMT +4)
İran ABŞ hərbi gəmilərinin havadan yeni görüntülərini yayımlayıb (VİDEO)

20 İyul 2019, 09:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12