Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Bakı Metropoliteni"nin deposunun elektrik təchizatı sistemi yenidən qurulub

11 İyul 2019, 12:21 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.“Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Bununla metropolitenin istismar fəaliyyətinin təşkilində xüsusi rol oynayan və lokomotiv parkının elektrik təchizat sisteminin müasir standartlar səviyyəsində yenidən qurulması başa çatdırılıb.

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunmuş yarımstansiya ikimərtəbəli binadan ibarətdir. Birinci mərtəbəsi xidməti otaqların və elektrik xətlərinin əsas daşıyıcı sahəsidir. İkinci mərtəbədə idarəetmə personalının avtomatik iş yeri və elektrik təchizatını təmin edən avadanlıqlar yerləşir.

2018-ci ildə “Nərimanov” elektrik deposu ərazisində istismara verilmiş daha bir alçaldıcı yarımstansiyada olduğu kimi, burada da bu sahədə ixtisaslaşmış “Siemens” şirkətinin avadanlıqları və sistemləri quraşdırılıb. Eyni istehsalçının avadanlıq və sistemlərindən istifadə olunması yarımstansiyanın işini daha səmərəli və keyfiyyətli qurmağa kömək edir, eləcə də avadanlığın istismarı və qulluğu asanlaşır.

Avtomatik iş yerinin qurulmasında dövrün tələbləri nəzərə alınıb və idarəetmə müasir mikroprosessor sistemli telemexanika şkafı ilə aparılır və dispetçer idarəetməsinə tabe etdirilib.

Yarımstansiyada hərəsindən iki ədəd olmaqla 1000 kVA-lıq güc, 630 kVA-lıq işıqlandırma, işarəvermə sistem və qurğuların tələbatı üçün nəzərdə tutulmuş 40 kVA-lıq transformatorlar quraşdırılıb. Bununla daha bir əhəmiyyətli nailiyyət əldə olunaraq şəbəkələrin bir-birindən ayrılması depoda elektrik təchizatının sabitliyini və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verib.

Yeni yarımstansiyada 6 kV-luq komplekt paylayıcı və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular da qoyulub. Bu qurğuların üstünlüyü onların avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Bununla gələcəkdə bölmələrin yenisi ilə əvəzlənməsi mümkün olacaq.

Burada yeni standartlar səviyyəsində gel əsaslı hermetik akkumulyatorlar sahəsi, sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi yaradılıb, ventilyasiya sistemi quraşdırılıb.

Ümumiyyətlə, aparılan yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığı artmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. Hazırda depoda yeni tipli mərkəzləşmə məntəqəsi, fərqli istehsalat sahələrinin tələblərini optimallaşdıran təmir-bərpa sexlərindən ibarət mərkəzləşmiş emalatxanalar şəbəkəsi yaradılır. Yeni yarımstansiya elektrik təchizatına olan tələbatın ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" əhaliyə müraciət edib

“Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir

“Bakı Metropoliteni” QSC-nin səlahiyyəti artırılıb

"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

"Bakı Metropoliteni" bir ay ərzində daha iki qatar gətirəcək

Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon ölkəyə gətirilib (FOTOLAR)

Bakı Metropolitenində uşaqlar üçün şənlik keçirilib (FOTO)

“Bakı Metropoliteni” QSC Rusiyadan 10 vaqon gətirəcək

“Bakı Metropoliteni” QSC daha bir sərgi reallaşdırır

ƏƏSMN ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb

"Bakı Metropoliteni” vətəndaş qəbulu ilə bağlı vaxt məhdudiyyətini aradan qaldırır

Bakı Metropoliteninin deposunda daha bir yarımstansiya qurulur

"Bakı Metropoliteni"nin Təlim-tədris mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək

"Bakı Metropoliteni" işçi axtarır

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir 

Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

Bakı Metropoliteniyenilənmiş ilk qatarı xəttə buraxıb

Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nüfuzlu sərgidə nümayiş etdirilib

Bakı Metropoliteni ilk dəfə qadınların maşinist işləməsinə şərait yaradıb

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

17 Sentyabr 2019, 13:13 (GMT +4)
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

17 Sentyabr 2019, 13:04 (GMT +4)
"Bakı Metropoliteni" əhaliyə müraciət edib

17 Sentyabr 2019, 12:59 (GMT +4)
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

17 Sentyabr 2019, 12:51 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

17 Sentyabr 2019, 12:40 (GMT +4)
Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

17 Sentyabr 2019, 12:35 (GMT +4)
Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - Ayətullah Xamenei

17 Sentyabr 2019, 12:24 (GMT +4)
Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək verilir

17 Sentyabr 2019, 12:18 (GMT +4)
Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın

17 Sentyabr 2019, 12:10 (GMT +4)
Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verib

17 Sentyabr 2019, 12:05 (GMT +4)
Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb

17 Sentyabr 2019, 12:05 (GMT +4)
İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

17 Sentyabr 2019, 11:50 (GMT +4)
Ağstafa rayonu ərazisindən 3 ədəd top mərmisi tapılıb

17 Sentyabr 2019, 11:43 (GMT +4)
Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü işdən çıxarılıb

17 Sentyabr 2019, 11:24 (GMT +4)
ATƏT təmas xəttində monitorinq keçirəcək

17 Sentyabr 2019, 11:17 (GMT +4)
Tramp husilərin hücumuna münasibət bildirib: Biz Səudiyyəni qorumaq vədini verməmişik

17 Sentyabr 2019, 11:10 (GMT +4)
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıb

17 Sentyabr 2019, 10:55 (GMT +4)
Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

17 Sentyabr 2019, 10:54 (GMT +4)
İŞİD lideri əl-Bağdadı yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

17 Sentyabr 2019, 10:29 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

17 Sentyabr 2019, 10:26 (GMT +4)
Ərdoğan husilərin Səudiyyəyə hücumuna münasibət bildirib: Əvvəl kim başlayıb?!

17 Sentyabr 2019, 10:13 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

17 Sentyabr 2019, 09:53 (GMT +4)
Nazirlik: Bu ilin sonuna qədər 10-dək müavinət və təqaüdün təyinatı elektronlaşdırılacaq

17 Sentyabr 2019, 09:40 (GMT +4)
Yunanıstanda meşə yanğınları tüğyan edir

17 Sentyabr 2019, 09:38 (GMT +4)
Prezident İlham Əliyev bədii gimnastika üzrə dünya çempionatının açılışında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66