Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

09 İyul 2019, 17:53 (GMT +4)

Bakı, 9 iyul, SalamNews.Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “V.Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib.

Universitetdən SalamNews-a verilən məlumata görə, UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev, UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən KOS nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyini bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu professor və alimlərin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək.

Konfransda Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.

Konfransdan sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.

Konfrans iyulun 11-nədək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC brendi Estoniyada tanınıb

UNEC tələbələrinə maddi yardım edib

UNEC-in 90 illik yubileyinə həsr olunan virtual kitab sərgisi təşkil edilib

UNEC-də yeni ixtisaslar yaradılıb

UNEC onlayn idarəetməyə keçib

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Fuad Muradov UNEC-də olub (FOTO)

UNEC Yunanıstanda ilk Məzun Günü keçirib

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşulacaq

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

13 İyul 2020, 21:16 (GMT +4)
MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib (VİDEO)

13 İyul 2020, 18:56 (GMT +4)
Rəhim Qazıyev saxlanılıb və barəsində cinayət işi başlanılıb

13 İyul 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 17:45 (GMT +4)
WP: Tramp andiçmədən sonra 20 min dəfədən çox yalan danışıb 

13 İyul 2020, 17:45 (GMT +4)
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:41 (GMT +4)
İran Nətənz nüvə obyektindəki partlayışın səbəbinin müəyyənləşdiyini bildirib

13 İyul 2020, 17:30 (GMT +4)
"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

13 İyul 2020, 17:30 (GMT +4)
Birinci vitse-prezident: Biz daha da güclü olmalıyıq və olacağıq

13 İyul 2020, 17:21 (GMT +4)
Çin Amerika tərəfinə qarşı sanksiyalarla cavab verib 

13 İyul 2020, 17:17 (GMT +4)
İctimai Liderlər Platforması erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 17:08 (GMT +4)
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13 İyul 2020, 16:51 (GMT +4)
Türkiyə bütün imkanları ilə  Azərbaycanın yanındadır - Çavuşoğlu

13 İyul 2020, 16:47 (GMT +4)
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

13 İyul 2020, 16:44 (GMT +4)
İranda daha bir deputat koronavirusdan vəfat edib

13 İyul 2020, 16:42 (GMT +4)
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

13 İyul 2020, 16:25 (GMT +4)
YAP erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 16:12 (GMT +4)
Stoltenberq: NATO Çinin artan rolu fonunda "daha qlobal" ittifaqa çevrilməlidir

13 İyul 2020, 16:10 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

13 İyul 2020, 16:02 (GMT +4)
Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

13 İyul 2020, 15:58 (GMT +4)
ABŞ-da koronavirusdan ölüm hallarının artacağı gözlənilir

13 İyul 2020, 15:45 (GMT +4)
Türkiyə Liviyada siyasi danışıqların başlaması üçün şərtləri açıqlayıb

13 İyul 2020, 15:41 (GMT +4)
Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:24 (GMT +4)
ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

13 İyul 2020, 15:12 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

13 İyul 2020, 15:00 (GMT +4)
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb

13 İyul 2020, 14:56 (GMT +4)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində eskalasiya yolverilməzdir

13 İyul 2020, 14:35 (GMT +4)
Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

13 İyul 2020, 14:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

13 İyul 2020, 14:29 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

13 İyul 2020, 14:14 (GMT +4)
Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66