Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Mübariz Qurbanlı: Dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

08 İyul 2019, 17:29 (GMT +4)

Bakı, 8 iyul, SalamNews.İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

SalamNews DQİDK-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq ölkədəki dini durum haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu qeyd edib.

33-ü qeyri-islam olmaqla, 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə əhalinin 96 faizini təşkil edən İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

M. Qurbanlı bildirib ki, məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramlardan söz açıb.

Qeyd edib ki, bu proses xüsusi olaraq yaradılan Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi tərəfindən davam etdirilir.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Komitə sədri qeyd edib ki, bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyub, tarixi-dini abidələri məhv edib. Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında Sinay sinaqoqunun üzvlərinin iştirak etdiklərini vurğulayan M. Qurbanlı qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu ifadə edib.Nümayəndə heyətinin üzvü Yomtovian Aysak Azərbaycan haqqında geniş məlumata malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.

Sinay sinaqoqunun üzvlərinin dəfələrlə Azərbaycana səfər etdiklərini xatırladan Yomtovian Aysak onların Azərbaycandan çox yüksək təəsüratla geri döndüklərini bildirib, müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin öz unikallığı ilə seçildiyini vurğulayıb. Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, Azərbaycanla qurulmuş sıx dostluq əlaqələrinə önəm verdiklərini bildirib. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının böyük rəğbətlə qarşılandığını vurğulayıb.Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə nümayəndə heyətinin üzvləri səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DQİDK-nın nümayəndələri əsgərlərlə görüşüb

DQİDK-nin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır - DQİDK-nın şöbə müdiri

Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb - DQİDK sədr müavini

DQİDK sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

DQİDK sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

DQİDK-da müşavirə keçirilib

DQİDK Neftçalada dini maarifləndirmə tədbiri keçirib

DQİDK sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib (SİYAHI)

DQİDK sədri Avstriya parlamentinin deputatları ilə görüşüb

DQİDK-nın əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etməkdir - Mübariz Qurbanlı

DQİDK-də yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

DQİDK sədri: Azərbaycanda radikalizmlə mübarizədə mətbuatın da rolu var

DQİDK 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

DQİDK sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

DQİDK və YAP GB birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib

16 Sentyabr 2019, 18:10 (GMT +4)
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib

16 Sentyabr 2019, 18:04 (GMT +4)
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66