Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Şəki UNESKO-nun Dünya İrs Siyahısına salınıb

08 İyul 2019, 09:15 (GMT +4)

Bakı, 8 iyul, SalamNews. Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir.

SalamNews xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib. Nazir deyib ki, bu gün musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.

Sessiya iştirakçıları Juan Jilbertunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub.

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib.

Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.

Maraqlı müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Yeni fayl Portuqaliya ilə bağlı olub. Bu dəfə sessiya iştirakçıları bu ölkənin şimalında yerləşən və 600 il yaşı olan “Bom Jesus do Monte” (“Dağların xeyirxah İsası”) ziyarətgahı ilə bağlı nominasiyanı müzakirə ediblər. Bildirilib ki, ərazidə 20 ildir konservasiya və bərpa işləri aparılır. Müzakirələrin nəticəsi olaraq ziyarətgah Dünya İrs Siyahısına daxil edilib.

Növbəti nominasiya Qədim Pskov abidələri ilə bağlı olub. Məlumat verilib ki, Pskov şəhəri Rusiyanın şimal-qərbində yerləşir. Təqdim olunan nominasiya 18 elementi özündə əks etdirir.

Sonra İspaniyanın “Risko-Raydo mədəni landşaftı və Ban Kanariya müqəddəs dağları” faylı ilə bağlı hesabat dinlənilib. Bildirilib ki, bu ərazi Kanar adalarında yerləşir və burada vulkanik süxurlar mövcuddur. Ərazi 9 hektar sahəni əhatə edir. Özünəməxsusluğu ilə seçilən bu ərazi ispan mədəniyyətinin bir hissəsi də hesab edilə bilər. Bu ərazi arxeoloji sahələri və qayalıqları əhatə edir. Müzakirələrdən sonra bu nominasiya da Dünya İrs Siyahısına salınıb.

Növbəti nominasiya Böyük Britaniyanın Codrel Radioastroloji Rəsədxanası (Jodrell Bank Observatory) olub. Bildirilib ki, rəsədxana bir neçə teleskopdan ibarətdir və Mançester Universiteti Astrofizika Mərkəzinin bir hissəsidir. Kosmik vasitələrin izlənilməsində fəal iştirak edən bu rəsədxana müzakirələrdən sonra siyahıya salınıb.

Sonra Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı növbəti nominasiya müzakirə edilib.

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir.

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb.

Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Şəki Xan Sarayı fəaliyyətini bərpa edib

Qırğızıstan Prezidenti: Atambayev Konstitusiyanı kobud şəkildə pozur

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

Şəkidə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən şəxs saxlanılıb

Dövlət Turizm Agentliyi: "Şəki Xan Sarayında son tamamlanma işləri həyata keçirilir"

Bakının Nərimanov rayonu və Şəkinin qaz təchizatı dayandırılıb

Sibirdə meşə yanğınları ilə mübarizə üçün süni şəkildə yağış yağdırılacaq

Türkiyə müstəqil şəkildə "təhlükəsizlik zonası" yaratmağa hazırdır

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edilib

Şəki “INNOLAND” Mərkəzində ilk Hackathon uğurla başa çatıb

Şəkidəki “INNOLAND”də ilk "Hackathon"a start verilib

Ərbil hücumunun iştirakçılarından birinin fotoşəkili yayımlanıb

ABŞ Şimali İraqda türk diplomatına hücumu qəti şəkildə pisləyib

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

Şəki Xan Sarayının ərazisinə giriş bağlanıb

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb

Prezident İlham Əliyev Şəkidəki hadisəni xüsusi nəzarətə götürüb

Şəki Xan sarayında xəsarət alanların son durumu açıqlanıb

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12