Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar tədbirlər gücləndirilir

06 İyul 2019, 10:29 (GMT +4)

Bakı, 6 iyul, SalamNews.Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. İstehlakçıların sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun təşkili vacib amillərdəndir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirləri davam etdirir. Növbəti nəzarət tədbiri Agentliyin Gəncə regional bölməsi tərəfindən Gəncə şəhərinin Natəvan qəsəbəsində həyata keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsində SalamNews-a verilən məlumata görə, reydlərdə Gəncə şəhər icra hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib və həmin fəaliyyətlə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl olunması ilə əlaqədar xəbərdarlıq olunub.

Qeyri-qanuni fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb.

Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olanlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib

Qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədi ilə reydlər keçirilir (FOTO)

Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə xəbərdalıq olunub

AQTA qanunsuz heyvan kəsimi ilə bağlı gücləndirilmiş nəzarət  tədbirlərini davam etdirir

AQTA qanunsuz heyvan kəsimi məntəqələrində gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir (FOTO)

AQTA qanunsuz heyvan kəsimi ilə bağlı növbəti reyd keçirib (FOTO)

Bakıda qanunsuz heyvan kəsimi məntəqələrinin qurğuları sökülüb

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb (FOTO)

Goranboyda qanunsuz heyvan kəsimi yerində aşkarlanan cəmdək zərərsizləşdirilib

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Türkiyə prezidenti

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

10 Dekabr 2019, 14:42 (GMT +4)
“Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib

10 Dekabr 2019, 14:25 (GMT +4)
Ərdoğan Nobel Komitəsinin qərarını pisləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66