Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub

04 İyul 2019, 09:34 (GMT +4)

Bakı, 4 iyul, SalamNews. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.

SalamNews xəbər verir ki, institutun kollektivi Leyla Əliyevaya bu tibb müəssisəsinə gəldiyinə görə minnətdarlığını bildirdi.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verdi ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü, balacalara hədiyyələr təqdim etdi.

Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bu institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur, burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. İnstitutda respublikanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislər və elmi işçilər hazırlanır. Yenidoğulanların 50 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə isə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. İnstitutda bir çox illər ərzində pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışıb. Bu tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.

Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kollektivə uğurlar arzuladı, burada müalicə olunanlara şəfa dilədi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Seçenov Universitetinin Bakı filialında Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib (FOTO)

Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib (FOTOLAR)

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib

Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektindəki parka 10 tutuquşu buraxılıb

Leyla Əliyeva Bakıda filmin təqdimatında iştirak edib

Leyla Əliyeva və Arzu Əliyeva ictimai incəsənət layihəsinin təqdimatında iştirak ediblər (FOTO)

Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib (FOTO)

Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisinin açılışında iştirak edib (FOTO)

Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradılıb

Leyla Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində iştirak edib

Leyla Əliyeva “Yanardağ” Qoruğunda keçirilən yoqa və poeziya axşamında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub

Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib

Leyla Əliyeva Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsini ziyarət edib

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66