Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01 İyul 2019, 13:42 (GMT +4)

Bakı, 1 iyul, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda “Azərbaycanda rəqəmsallaşma prosesləri və “Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.

Fuad Allahverdiyev çıxışında dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma proseslərinin Azərbaycanda da sürətlə getdiyini, ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən İKT sektorunun dayanıqlı inkişafıistiqamətindəmüxtəlif Dövlət Proqramları, Sərəncam və Fərmanların qəbul edildiyini qeyd edib.

O “AzerTelecom” şirkətinin hazırda icra etdiyi “Azerbaijan Digital HUB” proqramı barədə məlumat verərək bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. ““Digital HUB” proqramı ölkə daxlində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını, Transxəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur” – deyə Fuad Allahverdiyev bildirib.

Qeyd olunub ki, “Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasınaxidmət edəcək,iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.

İsveçrə-Azərbaycan Biznes Forumu İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi,Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

AzerTelecom xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

05 Dekabr 2020, 17:03 (GMT +4)
"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

05 Dekabr 2020, 16:52 (GMT +4)
Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

05 Dekabr 2020, 16:48 (GMT +4)
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

05 Dekabr 2020, 16:40 (GMT +4)
Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 16:35 (GMT +4)
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb (VIDEO)

05 Dekabr 2020, 16:19 (GMT +4)
AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

05 Dekabr 2020, 16:04 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

05 Dekabr 2020, 15:56 (GMT +4)
İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb

05 Dekabr 2020, 15:48 (GMT +4)
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

05 Dekabr 2020, 15:39 (GMT +4)
Lənkəran sakini qohumunun evindən oğurluq edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66