Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

25 İyun 2019, 13:25 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. UNEC-də “Vahid tələbə kartı”nın təqdimatı keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri, bankın nümayəndələri və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.

Rektor Ədalət Muradov layihə ilə bağlı UNEC-də iki il öncədən hazırlıqlara başlanıldığını diqqətə çatdıraraq, UNEC-in Mərkəzi Bank tərəfindən layihənin tətbiqi məqsədilə pilot universitet kimi seçildiyi üçün bankın rəhbərliyinə təşəkkürünü bildirib. “Vahid tələbə kartı”nın üstünlüklərindən danışan Ə.Muradov bildirib ki, tələbələr eyni kartla təhsil müəssisəsinə və kitabxanaya giriş əldə etməklə yanaşı, təqaüdlərin alınmasında, nəqliyyatda, habelə ölkədaxili və xarici ticarət şəbəkələrində nağdsız ödənişlər apara biləcəklər.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev layihənin ilk dəfə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqindən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsinin son illər innovativ layihələri ilə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb.

A.Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji istiqamətləri və icra tədbirləri barədə danışıb. Bildirib ki, Dövlət Proqramı çərçivəsində təsdiqlənən tədbirlər planına əsasən, təhsil müəssisələrinin nağdsız ödənişə cəlb olunması prioritet istiqamətlərdən biri kimi seçilib. A.Quliyev tələbələr arasında smart kartlardan istifadənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə və ölkədə rəqəmsal ödəniş mühitinin formalaşmasına dəstək olacağını vurğulayıb.

Sonra Mərkəzi Bankın strateji partnyoru, rəqəmsal ödənişlər sahəsində geniş təcrübəyə malik olan “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri vahid tələbə kartları ilə bağlı təqdimatla çıxış edib. Şirkət rəsmisi qonşu dövlətlərin tətbiq etdiyi tələbə smart kartları və bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb.

Təqdimatdan sonra təkliflər səsləndirilib və suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Fuad Muradov UNEC-də olub (FOTO)

UNEC Yunanıstanda ilk Məzun Günü keçirib

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşulacaq

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib

UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də Startap günləri keçiriləcək

UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı keçiriləcək

KPMG şirkətinin UNEC-də növbəti karyera günü keçirilib

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66