Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Monteneqronun Baş Naziri Duşko Markoviç İçərişəhərlə tanış olub

25 İyun 2019, 10:46 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 24-də İçərişəhərlə tanış olub.

SalamNews xəbər verir ki, Qız qalasından başlanan tanışlıq zamanı qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonağın böyük marağına səbəb olub.

Gəzinti zamanı Baş Nazirə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Daha sonra qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq Monteneqronun Baş Nazirində zəngin təəssürat yaradıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

20 Yanvar faciəsi Monteneqronun xəbər portallarında işıqlandırılıb

Monteneqronun aparıcı şirkətləri Azərbaycana gəliblər

Prezident İlham Əliyev Monteneqronun dövlət başçısını təbrik edib

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Monteneqronun xarici işlər naziri Azərbaycanda səfərdədir

DİM Direktorlar Şurasının sədri Monteneqronun dövlət idarəçilik naziri ilə görüşüb

Monteneqronun dövlət idarəçiliyi naziri Azərbaycanda səfərdə olub

Azay Quliyev Monteneqronun prezidenti ilə görüşüb

Fövqəladə hallar naziri Monteneqronun baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

Azərbaycanın və Monteneqronun Konstitusiya məhkəmələri arasında memorandum imzalanıb

Prezident İlham Әliyev Monteneqronun Prezidenti ilə görüşüb

RYTN-də Monteneqronun Elm naziri ilə görüş keçirilib

Azərbaycan və Monteneqronun potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin yaradır

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

19 Noyabr 2019, 13:50 (GMT +4)
Brüsseldə səfərdə olan Gürcüstan dini icma rəhbərləri NATO nümayəndələrilə görüş keçiriblər (FOTO)

19 Noyabr 2019, 13:49 (GMT +4)
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

19 Noyabr 2019, 13:32 (GMT +4)
Meksikada üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66