Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA qadın sahibkarlığının inkişafının təşkilati modellərini dəstəkləyəcək

22 İyun 2019, 11:47 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Azərbaycanda qadınlar sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal məşğul olurlar. Ölkə üzrə qeydiyyatdan keçmiş fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir. Regionlarda qadınların maliyyə savadlılığının artırılması və maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, onların biznesə başlamaq və inkişaf etdirmək üçün potensialının artırılması diqqət mərkəzindədir.

SalamNews xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinin KOBİA-nın qarşısında duran prioritet məsələlərdən olduğunu qeyd edən agentlik rəhbəri kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması, bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması, qadın sahibkarlığının inkişafının təşviq edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında həyata keçirilir. Bu baxımdan, KOBİA yanında yaradılmış və sahibkarların ictimai birliklərinin təmsil olunduğu İctimai Şuranın imkanlarından geniş istifadə edilir. İctimai Şurada, həmçinin Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.

O.Məmmədov deyib: “Qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olmalıdır və bu yerlərdə qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilməli, müvafiq tədbirlər görülməlidir. Qadın sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin, o cümlədən biznes inkubatorların yaradılması da agentlik tərəfindən dəstəklənəcək”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir (FOTO)

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

KOBİA kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönələn modellər hazırlayır

KOBİA Özəl İnvestisiya Fondu yaradacaq

KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

21 Oktyabr 2019, 16:09 (GMT +4)
Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

21 Oktyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Türkiyə ilə Suriya arasındakı dialoq Adana razılaşmasına əsaslanmalıdır

21 Oktyabr 2019, 15:43 (GMT +4)
İxtilafların həlli üçün Səudiyyə Ərəbistanına getməyə hazıram - Cavad Zərif

21 Oktyabr 2019, 15:37 (GMT +4)
ANAMA Xocavənddə iki mərmi və bir mina aşkarlayıb

21 Oktyabr 2019, 15:30 (GMT +4)
Ərdoğan Suriya kürdləri ilə danışıqların mümkün olmadığını bəyan edib

21 Oktyabr 2019, 15:17 (GMT +4)
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

21 Oktyabr 2019, 15:10 (GMT +4)
Bakıda keçirimiş bal yarmarkasında 110 tona yaxın məhsul satılıb

21 Oktyabr 2019, 14:59 (GMT +4)
Şoyqu Rusiya, ABŞ və Türkiyəni Suriyadakı təhlükəsizliyi artırmağa çağırıb

21 Oktyabr 2019, 14:44 (GMT +4)
Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə ödənişlər 23% artıb

21 Oktyabr 2019, 14:28 (GMT +4)
Tramp ABŞ qüvvələrindən 200-nü Suriyanın şimal-şərqində saxlamaq istəyir - KİV

21 Oktyabr 2019, 14:18 (GMT +4)
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

21 Oktyabr 2019, 14:10 (GMT +4)
Azərbaycanda aqrar sektora dövlət büdcəsindən ayrılan vəsait 10% artırılır

21 Oktyabr 2019, 13:59 (GMT +4)
Amil Cavadov: Azərbaycan gəncliyi erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır

21 Oktyabr 2019, 13:50 (GMT +4)
Alyans rəsmisi: Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir

21 Oktyabr 2019, 13:45 (GMT +4)
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

21 Oktyabr 2019, 13:42 (GMT +4)
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

21 Oktyabr 2019, 13:39 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

21 Oktyabr 2019, 13:20 (GMT +4)
Çilidəki etirazlar nəticəsində 10 nəfər ölüb

21 Oktyabr 2019, 13:12 (GMT +4)
Xəzərdə zəlzələ olub

21 Oktyabr 2019, 13:02 (GMT +4)
İran nüvə sazişindəki öhdəliklərinin azaldılması ilə bağlı 4-cü addıma hazır olduğunu bəyan edib

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400 kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66