Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 14:46 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Bu gün Beynəlxalq Qəzetçilər Cəmiyyətinin (Kuresel Gazeteciler Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasından SalamNews-a verilən məlumata görə, parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir.

MŞ sədri eyni zamanda mövcud sahədə görüləcək işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxır edir. Bu mövqe qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb və vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdən, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərkən bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12