Sakit Okeanda 6.4 bal gücündə zəlzələ baş verib19 İyun 2019, 14:02 (GMT +4) Bakı, 19 iyun, SalamNews. Sakit Okeanda, Yeni Zelandiyaya aid ada yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqat (USGS) institutu məlumat yayıb.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, zəlzələ saat 07:01-də qeydə alınıb.
Yeraltı təkanlar Yeni Zelandiyanın Lesperans adasından 140 kilometr şimal-şərqində qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.
|