Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

18 İyun 2019, 12:29 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.

SalamNews AZƏRTAC-a  istinadla xəbər verir ki, görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb.

Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Qubanın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66