Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

17 İyun 2019, 12:47 (GMT +4)

Bakı, 17 iyun, SalamNews. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

SalamNews-a daxil olan birgə məlumatda deyilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ağstafada narkotik tərkibli bitkilər məhv edilib

Şəmkir, Tovuz və Ağstafada yeni məntəqələr qazlaşdırılıb

Ağstafada silah sursat tapılıb

Ağstafada piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

DSX-nin rəisi Qazax və Ağstafada bölmələrin döyüş fəaliyyətini yoxlayıb

Ağstafada 1 ədəd top mərmisi gilizi tapılıb

Prezident İlham Əliyev Ağstafada yol tikintisinə 3,9 milyon manat ayırıb

Qazax və Ağstafada minaatan mərmisi, partladıcı aşkarlanıb

Ağstafada minaatan mərmisi aşkar olunub

Ağstafada top mərmisi tapılıb

Ağstafada ferma sahibinə atəş açılıb

Ağstafada partlamamış raket tapılıb

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulub

İlham Əliyev Ağstafada yol tikintisinə 3 milyon manat ayırıb

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur

Ağstafada Bilik Evi açılıb 

Qazax və Ağstafada 30 min əhalinin istifadə etdiyi 5 yol yenidən qurulub (VİDEO)

Ağstafada tikiş fabrikinin anbarı yanıb

Ağstafada partlalamış top mərmisi aşkar edilib

Ağstafada 1 ay əvvəl qəzaya düşmüş gənc dünyasını dəyişib  

16 Sentyabr 2019, 18:10 (GMT +4)
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib

16 Sentyabr 2019, 18:04 (GMT +4)
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66