Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub

13 İyun 2019, 15:06 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə,tamaşaçılarla dolub daşan yubiley gecəsində sənətkara sevgi nümayişi, arzuladığı alqış payı, gül çələngləri bir ayrı ovqat yaşatmış oldu. Yaşının yetmişində də şən, şux, şaqraq, yaratmaq eşqi ilə çağlayan aktyor tədbirə təşrif buyuranları da elə özü salamladı, qonaqlarını da bir-bir özü təqdim edib, təbriklərini qəbul etdi.

İlk olaraq mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səhnəyə dəvət edildi.

Vaqif Əliyev sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

Məktubda görkəmli aktyorun uzunmüddətli sənət fəaliyyəti yüksək qiymətləndirilir, onun milli teatr sənətimizin inkişafına töhfə olan xidmətləri vurğulanır. Qeyd olunur ki, respublikanın tanınıb seçilən, dərin rəğbət bəslənilən sənətkarlarından biri olan İlham Namiq Kamalın 50 ildən artıq dövrü əhatə edən dolğun yaradıcılığı sənətsevərlərin qəlbində dərin iz buraxıb. Respublikamızın teatr ictimaiyyəti onun bu illər ərzində teatr səhnələrində yaratdığı obrazları maraqla qarşılayıb. Xalq artisti həmçinin “Qaynana”, “Uzun ömrün akkordları”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “İnanıram ki, bundan sonra da qazandığınız bilik və təcrübəni bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə məktubda bildirilir.

Çıxışın ardınca benefis, müzikl formatlı yubiley gecəsinin bədii hissəsi başlandı. Aktyor səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların müşayiətində 70 yaşına hazırlanan “Məni görməmisiz?” monoloqunu səsləndirdi. Bir neçə dəqiqəlik monoloqda köhnə-yeni mətləblərə - sənət-sənətkar münasibətinə, yaratdığı obrazların hər birinə özündən bir pay verməsinə diqqət çəkdi. Obrazlarını sadaladıqca məntiqi düstur da yaratdı: aktyor səhnəyə sehrli qüvvə kimi baxıb, onu yüksəltdikcə, elə sənət də onu ucaldacaq.

Aktyorun əslində böyük mətləblərə ilmə atmaqla hördüyü səddin son cümləsi “Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan İlham Namiq Kamal oğlu düz 50 ildir ki, özündən çıxıb və hələ də geri qayıtmayıb” oldu. Tamaşaçı da elə onun ürəklə hayqırdığı geri qayıtmamasını alqışladı. Deməli, geri qayıtmayıbsa, hələ yeni obrazlara, fərqli sənət nümayişlərinə ümid var. Elə meydan da...

Gecə boyu aparıcı, iştirakçı, ifaçı kimi səhnədə olan yubilyar həyat və sənət dostlarının təbriklərini qəbul edib, xoş arzulara qanad verdi. Gah qardaşı, Xalq artisti Cəfər Namiq kamala qoşulub uşaqlığına, gah çalışdığı, 25 ildən artıq bir dövrü əhatə edən pedaqoji fəaliyyətinə, gah müxtəlif vaxtlarda çıxış etdiyi Akademik Milli Dram, Akademik Opera və Balet teatrlarının səhnələrində tərəf-müqabilləri ilə obrazlarına qayıtdı. Dünyasını dəyişmiş bənzərsiz sənətkarlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri ilə bir səhnədə yaratdığı obrazları bir də monitor səddindən izlədi.

Yubiley gecəsində aktyorun sənət dostları - xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Azər Zeynalov, Xalq rəssamı Arif Əliyev, Əməkdar artist Gülüstan Əliyeva və başqaları sənətkara ürək sözlərini deyərək, sevgi, ehtiram nümayişlərini etdirdilər.

Gecədə Teatr Xadimləri İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti rəhbərliyi adından təbrik məktubları da oxundu, fəxri fərmanlar təqdim olundu.

Aktyorun çalışdığı Akademik Musiqili Teatrın aktyor truppasının təqdimatında İlham Namiq Kamal yaradıcılığının seçkin nümunələri səhnəciklərlə tamaşaçılara təqdim olundu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanan “Bizim Don Kixot” tamaşasından səhnəcik də nümayiş olundu.

İstər səhnə plastikası, istər musiqili teatr aktyoru üçün vacib element olan səs tembri, istərsə də ifa manerası ilə hələ tədbirin əvvəlində verdiyi sualına cavab da tapdı: 50 ildir özünü itirən İlham Namiq Kamal səhnədədir. Və elə nə yaxşı ki, səhnədədir....

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunacaq

Xalq artisti İlham Namiq Kamal 70 yaşıını qeyd edir

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

19 Noyabr 2019, 13:50 (GMT +4)
Brüsseldə səfərdə olan Gürcüstan dini icma rəhbərləri NATO nümayəndələrilə görüş keçiriblər (FOTO)

19 Noyabr 2019, 13:49 (GMT +4)
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

19 Noyabr 2019, 13:32 (GMT +4)
Meksikada üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66