Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

11 İyun 2019, 15:54 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. İyunun 11-i Milli Olimpiya Komitəsində 21 iyul tarixində Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı  Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.

Gənclər və İdman Nazirliyindən SalamNews-a verilən xəbərə görə, toplantıda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç, Avropa Olimpiya Komitəsinin idman şöbəsinin rəhbəri Piter Brül və Avropa Olimpiya Komitəsinin Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü Haydar Demirel iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətləri rəhbərləri Bakıda salamlayaraq dedi: “İnanmaq çətindir ki, düz bir il bundan əvvəl, biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə, ötən müddət ərzində hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyə bilərəm. Biz oyunlara demək olar ki, tam hazırıq. Bu gün, sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacayıq.”

Toplantı zamanı “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Biz əminik ki, idmançılar və azarkeşlər yarışmaların mükəmməl təşkilatından razı qalacaq”.

Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın Açılış və Bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Kristal Zalında olan son hazırlıq işləri ilə də tanış olublar.

Qeyd edək ki, bu Əlaqələndirmə Komissiyasının sayca artıq üçüncü toplantısıdır, birinci toplantı 2018-ci ilin iyul ayında, ikinci isə 2019-cu ilin yanvar ayında baş tutub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub (FOTOLAR)

Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66