Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbində əməkdaşlıq görüşü keçirilib

10 İyun 2019, 15:32 (GMT +4)

Bakı, 10 iyun, SalamNews. Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilib. 

Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Boçkay Gimnaziyasının (Macarıstan) professoru Papp Kornel, istedadlı musiqiçi, “Art-lider” agentliyinin prodüseri, beynəlxalq və ümumrusiya müsabiqələrinin diplomantı, violin ifaçısı Anar Yusifov və məkətbin direktoru, Respublikanın Əməkdar artisti Əziz Qarayusifli iştirak edib.

Əməkdaşlıq və dostluq çərçivəsində keçirilən söhbət zamanı görüş iştirakçıları Sankt-Peterburq, Moskva, Macarıstanın musiqi təhsilinin hansı istiqamətdə aparılması, onların fəaliyyəti ilə yaxından tanış olmaq, musiqi təhsilinə yanaşma və maraqlı metodiki üsullarını öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün şərait yaratmaq, ölkəmizdə musiqi təhsilinin necə aparılmasından ətraflı söhbətlər aparıblar.
Boçkay Gimnaziyasının Q. Qarayev adına Mərkəzi İncəsənət məktəbini təcrübə mübadiləsi üçün bu ilin oktyabr ayında Macarıstana işgüzar görüşə dəvət etməsi də bu görüşün gözəl nəticəsi olub.

Əməkdaşlıq görüşünün sonunda qonaqlar “Alov” rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə dəvət olunub. Musiqişünas Leyla Həsənovanın rəqs tarixi haqqında maraqlı məruzə ilə hazırladığı tədbirə “Ümid yeri” və Bakının bir neçə sığınacaq evindən 40 nəfərə yaxın uşaq dəvət edilib. “Məktəbin xalq çalğı alətlrəi ansamblı (rəhbəri İlahə Hüseynova), “Dəcəl qızlar” rəqs kollektivi (rəhbəri Xalq artisti Cəmilə Bayramova, xoreoqraf Səbinə Pənahova), “Səbinə” rəqs kollektivi (rəhbəri Səbinə İsmayılova) də böyük həvəslə bu xeyriyyə tədbirində iştirak ediblər. Konsertə dəvət olunan bütün uşaqlara isə kollektiv adından hədiyyələr təqdim edilib.

Sonda qonaqlar adından Vitali Romanov, Ekaterina Yesenina yüksək səviyyədə keçirilən bu gözəl musiqi hədiyyəsindən böyük zövq aldıqlarını xüsusi qeyd ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Noyabr 2019, 14:30 (GMT +4)
“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

13 Noyabr 2019, 14:11 (GMT +4)
Evo Morales Boliviyadakı hadisələri "məkrli çevriliş" adlandırıb

13 Noyabr 2019, 14:01 (GMT +4)
Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib

13 Noyabr 2019, 13:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13 Noyabr 2019, 13:41 (GMT +4)
Moskvada qanunsuz odlu silah gəzdirən azərbaycanlı tutulub

13 Noyabr 2019, 13:35 (GMT +4)
Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

13 Noyabr 2019, 13:24 (GMT +4)
Turagentliklər üçün yeni mexanizm hazırlanıb

13 Noyabr 2019, 13:19 (GMT +4)
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

13 Noyabr 2019, 13:09 (GMT +4)
ABŞ-da "Google" layihəsinə qarşı istintaq başladılıb

13 Noyabr 2019, 13:02 (GMT +4)
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

13 Noyabr 2019, 12:50 (GMT +4)
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

13 Noyabr 2019, 12:24 (GMT +4)
"Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

13 Noyabr 2019, 12:22 (GMT +4)
ABŞ Boliviyadakı məmurları geri çağırır

13 Noyabr 2019, 12:17 (GMT +4)
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

13 Noyabr 2019, 12:10 (GMT +4)
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 15-ə çatıb (VİDEO)

13 Noyabr 2019, 12:03 (GMT +4)
Bakıda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb

13 Noyabr 2019, 11:54 (GMT +4)
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,6 milyard barreli ötüb

13 Noyabr 2019, 11:45 (GMT +4)
Boliviyada ordu prezidentin səlahiyyətlərini icra edən Janin Agnesə dəstək verib

13 Noyabr 2019, 11:36 (GMT +4)
Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

13 Noyabr 2019, 11:32 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

13 Noyabr 2019, 11:16 (GMT +4)
Ərdoğan Vaşinqtonda dəyirmi masada iştirak edib

13 Noyabr 2019, 11:12 (GMT +4)
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

13 Noyabr 2019, 11:01 (GMT +4)
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd edib

13 Noyabr 2019, 10:47 (GMT +4)
Livan prezidenti etirazçıları evlərinə dönməyə çağırıb

13 Noyabr 2019, 10:43 (GMT +4)
Səudiyyə Ərəbistanı şirkətinə aid təyyarə uşağı xilas etmək üçün Kanadaya təcili eniş enib

13 Noyabr 2019, 10:26 (GMT +4)
Azərbaycanda 496 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb

13 Noyabr 2019, 10:18 (GMT +4)
Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib

13 Noyabr 2019, 10:10 (GMT +4)
Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

13 Noyabr 2019, 09:49 (GMT +4)
Kabildə minalanmış nəqliyyat vasitəsi partladılıb, ölənlər var (FOTO)

13 Noyabr 2019, 09:39 (GMT +4)
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66