Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

"Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib

10 İyun 2019, 13:22 (GMT +4)

Bakı, 10 iyun, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği ” layihəsi həyata keçirilir.

Birlikdən SalamNews-a verilən məlumata görə, layihə çərçivəsində iyunun 8-də Xızı şəhərində "Xızıda Cəfər Cabbarlı günü" adlı tədbir keçirilib. 

Təşkilatın sədri Qəmər Bağırova bildirib ki, tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır.

Tədbirdə ziyalılar, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər Mədəniyyət və Sumqayıt regional Mədəniyyət İdarələrinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı Ev Muzeylərinin əməkdaşları, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun alimləri, müxtəlif ali məkltəb və təhsil ocaqlarının müəllim və tələbələri, teatr və kino xadimləri iştirak ediblər. Proqrama uyğun olaraq, əvvəl ədibin doğulduğu Xızı şəhərinə qonaqların gəzintisi təşkil olunub. C.Cabbarlı Parkında böyük dramaturqun abidəsi önünə çiçəklər qoyularaq xatirəsi anılıb. Sonra qonaqların Ev Muzeyini ziyarət ediblər. Layihə çərçivəsində tədbir iştirakçıları muzeyin ekspozisiyası, eləcə də “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin hazırladığı, böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən maraqlı səyyar sərgi ilə tanış oldular.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun alimləri öz çıxışlarında C.Cabbarlı bədii irsi ilə bağlı yeni tədqiqatları haqqında qonaqlara maraqlı məlumatlar veriblər. Böyük yazıçının 120 illiyi ilə bağlı respublikanın müxtəlif sənət və təhsil ocaqlarında təşkil olunan yubiley tədbirləri haqqında öz fikirlərini bölüşüblər. C.Cabbarlı ocağının qonaqları, tanınmış incəsənət xadimləri, eləcə də gənc istedadlar dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa ediblər, sənətkarın şeirlərinə yazılan mahnıları səsləndiriblər. Eləcə də tədbir ədəbi-bədii proqramla davam etdirilib.

Sonda  qonaqlara yazıçının həyat və yaradıcılığından bəhs edən bukletlər paylanıb.
Qeyd edək ki, tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı üzrə nümayəndəsi Mövsüm Bağırov, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, Tahirə Məmməd, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Rasim Nəbioğlu, sənətşünaslıq üzrə fələsəfə doktoru Zülfiyyə Eldarqızı, Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar artist Rəşad İlyasov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri çıxış ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

Mədəniyyət mərkəzində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd ediləcək

Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı bu vaxta qədər xəcalət çəkirdim

Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Görkəmli şair və dramaturq Cəfər Cabbarlının doğum günüdür

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmir olunur

Görkəmli şair və dramaturq Cəfər Cabbarlının doğum günüdür

“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib

“Cəfər Cabbarlı” metro stansiyasının birinci yolu sabah açılacaq

Sabahdan "Cəfər Cabbarlı" metro stansiyasının birinci yolu bağlanır

Cəfər Cabbarlı mükafatlarının təqdimat mərasimi olacaq

Bakı Metropoliteninin “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci yolunda qatarların hərəkəti bərpa olunub

AYB-nin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılıb

Ucarda Cəfər Cabbarlının 115 illik yubileyi keçirilib

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

19 Noyabr 2019, 13:50 (GMT +4)
Brüsseldə səfərdə olan Gürcüstan dini icma rəhbərləri NATO nümayəndələrilə görüş keçiriblər (FOTO)

19 Noyabr 2019, 13:49 (GMT +4)
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

19 Noyabr 2019, 13:32 (GMT +4)
Meksikada üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66