Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

04 İyun 2019, 17:42 (GMT +4)

Bakı, 4 iyun, SalamNews. Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur ki, Azərbaycan tarixən islam dəyərlərinin qorunub yaşadıldığı məkan kimi tanınıb. Ölkəmizdə islam irsi ilə bağlı abidə və ocaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdəndir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılaraq istifadəyə verilib.

Vurğulanır ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın müsəlman aləmi ilə əlaqələrinin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Ümummilli lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr, sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” kimi yüksək missiyanı yerinə yetirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi.

Təbrikdə daha sonra deyilir: “İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz birgəyaşayışın, bərabərlik və qarşılıqlı anlaşmanın ideal məkanı, xalqımız isə bu kimi mütərəqqi dəyərlərin sadiq daşıyıcısıdır. Ramazan bayramının fitrət və fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq ayini insanın sosial məsuliyyət hissini bir daha xatırladır”.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib

Əbülfəs Qarayev Londonda British Council-un baş ofisində olub

Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

Əbülfəs Qarayev Braziliyanın mədəniyyət məsələləri üzrə katibi ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə səfərdədir

Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini ilə görüşüb

Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Cenevrədə səfərdədir

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev ISESCO-nun baş direktoru ilə görüşüb

Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı bu vaxta qədər xəcalət çəkirdim

Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib

Əbülfəs Qarayev Xızıda vətəndaşlarla görüşəcək

Nazir Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət ictimaiyyətini təbrik edib

Nazir Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb

Əbülfəs Qarayev Nyu-Yorkda keçirilən Forumda iştirak edir

Əbülfəs Qarayev: 50 qısametrajlı bədii, 200-dən çox sənədli film çəkilib

Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

Əbülfəs Qarayev Mərakeşə səfər edib 

06 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

06 Avqust 2020, 10:37 (GMT +4)
AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

06 Avqust 2020, 10:25 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

06 Avqust 2020, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 35 dəfə pozub

06 Avqust 2020, 09:46 (GMT +4)
Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

06 Avqust 2020, 09:31 (GMT +4)
Ayətullah Xamenei Livan hökuməti və xalqına başsağlığı verib

06 Avqust 2020, 09:31 (GMT +4)
KİVDF-nin icraçı direktoruna ağır itki üz verib

06 Avqust 2020, 09:16 (GMT +4)
Beyrut limanının rəhbərliyi ev dustağı edilib

06 Avqust 2020, 09:00 (GMT +4)
Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66